Paleoiqlim
Paleoiqlim - (rus. Палеоклиматология) Bitki örtüyünün tərkibinə görə Azərbaycanın iqliminin təkamülündə üç mərhələ və 28 faza ayrılmışdır.
Azərbaycanda bu mərhələyə Abşeron əsri (1,8-0,73 mln il) daxildir. Bu mərhələ zəngin spor-tozcuq məlumatları və bitki yarpaq qalıqlarının çoxluğu ilə səciyyələnir. L.S. İsayeva-Petrovanın (1972, 1973) və İ.Y.Filipovanın (1987) məlumatlarına görə 5 №li buruq quyusundan (Kürün mənsəbindən şimala doğru), Bakı arxipelaqı (Çilov və Bulla) və Abşeron yarımadası (Yasamal dərəsi, Sabunçu) ərazisində təyin edilmişdir. Ümumiyyətlə bu bölgələrdən alınmış məlumatlara əsasən bu mərhələdə Azərbaycanın iqlimi daha isti və rütubətli olmuşdur.
Spor-tozcuqların müqayisəsi birinci mərhələdə 7 iqlim fazası ayırmağa imkan verir.
Alt Abşeronun alt hissəsinə müvafiq gəlir. Spor-tozcuqların tərkibində tündrənglilərə nisbətən tsuqanın üstünlüyü və taksoidlərin iştirak etməsi iqlimin rütubətli olmasını göstərir. Bu zaman tündrənglilərin əsasını küknar təşkil etmişdir.