Palmitin turşusu
Palmitin turşusu (heksadekan turşusu) CH3(CH2)14COOH — təbiətdə ən çox yayılmış birəsaslı karbon turşusudur (yağ turşusu).
Palmitin turşunun duzlarına və efirlərinə palmitatlar deyilir.
Palmitin turşusu, əksər heyvan və bitki yağlarının qliseridlərinin tərkibinə daxildir, məsələn: pequi toxumu yağı (48.4%), palma yağı (40-50%), süd yağı (22-39%), pequi meyvə pulpa yağı ( 41,2%), qara qəhvə yağı (34,5%), donuz yağı - 30%, baobab yağı (25,4%), ərik ləpəsi yağı (3-7%). Heyvan orqanizmlərində palmitin turşusu asetil-CoA-dan alınan yağ turşularının sintezinin son məhsuludur.
Palmitin turşusu alına bilər:
yağların sabunlaşması və ya parafinlərin oksidləşməsi nəticəsində əldə edilən yağ turşularının qarışığını rektifikasiya və ya fraksiyalı kristalizasiya etməklə
setil spirtini soda kireçlə 270 ° -ə qədər qızdırdıqda (Dyuma və Stas)
С16H33ОH + О2 = C15H31COOH + H2О
olein (elaid) turşusu kalium hidroksid ilə əridildikdə (Warentrapp)
СН3(СН2)7СН=СН(СН2)7СООН + Н2О + О = C15H31COOH + СН3COOH (sirkə turşusu)
2-oktodekanonun nitrat turşusu ilə oksidləşməsindən (Kraft)
CH3(CH2)15-CO-CH3 + 3О = C15H31COOH + СН3COOH (sirkə turşusu)
Paniks reaksiyasından
C15H31J + KCN = KJ + C15H31-CN; C15H31-CN + 2Н2О = C15H31COOH + NН3
Palmitin turşusu stearin (stearin turşusu ilə qarışıq), yuyucu vasitələr və kosmetika, sürtkü yağları və plastifikatorların istehsalında istifadə olunur.
Merck Index, 12th Edition, 7128.
Sigma-Aldrich Co., Palmitic acid. Retrieved on 2014-06-02.
CID 985 from PubChem
Palmitic acid at Inchem.org
"Palmitic acid".
Seidell, Atherton; Linke, William F. (1952).