pança-şila

pança-şila (siyas.)
panbarxat
panda
OBASTAN VİKİ
Şila krallığı
Şila krallığı- (Koreya: 신라; Hanja: 新羅) Koreyanın cənubunda yerləşmişdir və e.ə. 57-ci ildən 935-ci ilə qədər mövcud olmuşdur. Şila Park ailəsindən Hyokqose tərəfindən qurulan Koreya sülaləsi olmuşdur. 586-ci il Qyoncu Gim (Kim) (김, 金) qəbiləsi, 232 il Miryan Bak (Park) (박, 朴) qəbiləsi və 172 il Volsyon Seok (석, 昔) qəbiləsi tərəfindən idarə olunmuşdur. Şila krallığının tarixi 3 hissəyə bölünür : Erkən dövr(e.ə.57-b.e.654) Orta dövr(654-780) Son dövr(780-995) Park tayfası Seok tayfası tərəfindən edilən qəsdə qədər üç nəsil Şilanı idarə etmişdir. Seok tayfasından olan ilk hökmdar Talhaenın vaxtında Kim tayfasından olan Kim Aljinin qızıl qutudan Hoqonq (Şilanın baş naziri) tərəfindən tapıldığı iddia edilir. Seok və Park tayfaları arasında müharibə baş verir və daha sonra Kim tayfası digər iki tayfanın əlindən hakimiyyəti alır. Şila krallığının son illərinə qədər Kim tayfası hakimiyyəti əlində saxlayır, digər iki tayfa isə dövlətinin idarə edilməsində iştirak edirlər. Şilanın sonuncu kralı Gyeongsun Kim tayfasının üzvü idi. Vll əsrdə Bekçe krallığı, Qaya və Goguryeo krallığını birləşdirmə düşüncəsiylə ön plana çıxmışdır.