PASXA

I
сущ. религ. пасха:
1. весенний иудейский религиозный праздник
2. христианский праздник, посвящённый воскресению основателя христианства – Христа. Pasxa bayramı праздник Пасхи (Христов день), pasxanı qarşılamaq встречать Пасху
3. сладкое кушанье из творога в форме небольшой четырёхгранной пирамиды, изготовляемое ко дню этого христианского праздника; pasxa çörəyi кулич
II
прил.
1. пасхальный:
1) относящийся к пасхе. Pasxa gecəsi пасхальная ночь, pasxa günləri пасхальные дни
2) относящийся к празднованию Пасхи. Pasxa yumurtaları пасхальные яйца
2. пасочный. Pasxa qəlibi пасочная форма
PASATMA
PASİBAN
OBASTAN VİKİ
Pasxa
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Pasxa adası
Pasxa adası (isp. Isla de Pascua) — Sakit Okeanın cənub-şərqində — Polineziya üçbucağının cənub-şərqdəki nöqtəsində yerləşən Polineziya adasıdır. Ada qədim Rapa Nui insanları tərəfindən yaradılan 887 sanballı abidə ilə məşhurdur. 1995-ci ildə YUNESCO Pasxa adasını Rapa Nui Milli Parkının tərkibində qorunan adanın çox hissəsi ilə Ümumdünya irsi elan etdi. Şərqi Sakit okean silsiləsinin səthə çıxdığı yerdə yerləşir. Pasxa ada plitəsi üzərində yerləşir. Burada günümüzədək sirri açılmayan heykəllər var. Onların M. S(Miladdan sonra) 1000–1600-cü illərdə inşa edildiyi nəzərdə tutulur. Deyilənə görə yerlilər bu heykəllər vasitəsilə ruhlarla dialoqlar aparırlar və onlardan ən uzunu təxmini 10 metr hündürlüyündə və 82 ton ağırlığındadır.
Pasxa bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Pasxa yumurtası
Pasxa yumurtası (rus. Пасха́льные я́йцa) — xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurta. Yumurta ənənəvi olaraq məhsuldarlıq və dirçəliş simvolu hesab edilir. Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbirin simvolu hesab edilir. Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.[2][3] Яйцо Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Игры и забавы с яйцами Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Исторические особенности возникновения пасхальных яиц А. В. Амфитеатров.
Pasxa üsyanı
Pasxa üsyanı — İrlandiyalı respublikaçıların İngiltərəyə qarşı 24 aprel 1916-cı ildə başlatdıqları üsyan. Çarls Stuart Parnelin Böyük Britaniya İcmalar palatasındakı nümayəndəliyinə son verilməsi gənc milliyətçilərin narazıçılığına səbəb oldu. Kelt Atletik Birliyinin, Kelt Liqasının, Kelt Kültürəl Oyanış təşkilat və dərnəklərinin təşkil etdiyi Sin Feyn qəzeti İrlandiyanın müstəqilliyinin vacibliyi ilə bağlı yazılar yazmağa başladı. 24 aprel 1916-cı il bazarertəsi günü Patrik Pears, Tom Klark, Ceyms Konoli, Oyin Məkneil və Tomas MəkDonaqın başçılıq etdiyi üsyan 200 nəfərlik İrlandiya Vətəndaş Ordusu və 1560 nəfər konüllü İrlandiyalı ilə birlikdə başlayır. Başda Dublin Mərkəzi Poçt Binası olmaqla, bir neçə mühüm strateji nöqtələri ələ keçirən üsyançılar krallığın göndərdiyi ingilis birliklərinə qarşı müvəffəq ola bilmir və üsyan yatırılır. Üsyanın 15 önəmli lideri edam edilir. Qlasnevin məzarlığındakı rəqəmlərə görə, üsyan zamanı 260 İrlandiyalı vətəndaş, 126 ingilis əsgəri, 86 İrlandiyalı üsyançı və 17 polis həyatını itirir.
Pasxa hücumu
Pasxa hücumu (ing. Easter Offensive), həmçinin 1972-ci il yaz–yay hücumu (vyet. Chiến dịch Xuân–Hè 1972), "Nquyen Hyue" əməliyyatı (Chiến dịch Nguyễn Huệ) və ya Qırmızı alovlu yay (Mùa hè đỏ lửa) — 30 mart–22 oktyabr 1972-ci il tarixlərində, Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu (VXO; Şimali Vyetnamın nizami ordusu) tərəfindən Vyetnam Respublikası Ordusuna (VRO; Cənubi Vyetnamın nizami ordusu) və ABŞ Silahlı Qüvvələrinə qarşı həyata keçirilən hərbi kampaniya. Əməliyyat Çin qüvvələrini məğlub etmiş Vyetnam imperatoru Nquyen Hyue şərəfinə adlandırılmışdır. Bu şərti işğal Şimali Vyetnamın əvvəlki hücumlarından köklü şəkildə fərqlənirdi. Hücum əməliyyatı həlledici qələbəyə nail olmaq üçün hazırlanmışdı və Paris Sülh Sazişlərində Şimal Vyetnamın danışıqlar mövqeyini xeyli yaxşılaşdırmışdı, baxmayaraq ki, Cənubi Vyetnamın süqutuna səbəb olmamışdı. ABŞ ali komandanlığı 1972-ci ildə hansısa bir hücum əməliyyatının baş tutacağını proqnozlaşdırırdı, lakin hücumun ölçüsü və şiddəti müdafiəçiləri tarazlıqdan çıxarmış, çünki eyni vaxtda üç cəbhədə zərbələr endirmişdilər. Bu, Vyetnam Demokratik Respublikasının 1968-ci il Tet hücumundan sonra cənubu işğal etmək üçün ilk cəhdi olmuşdu. Bu kampaniya hər iki tərəfin silah sistemlərində ən son texnoloji nailiyyətləri tətbiq etməsi, ağır artilleriya ilə dəstəklənən adi piyada-zireh hücumları ilə səciyyələnmişdi. Şimali Vyetnam qüvvələri I Korpus Taktiki Zonasında bir ay davam edən döyüşdə Cənubi Vyetnamın müdafiə mövqelərini dağıtmış, Kuanqçi şəhərini ələ keçirəndən sonra Hyue şəhərinə doğru cənuba hərəkətə keçmişdilər.
Pasxa ada plitəsi
Pasxa ada plitəsi — kiçik ölçülərə (550 km x 410 km) malik olan tektonik plitə. Sakit okean plitəsinin tərkibinə daxildir. 0,00411 steradian ölçüyə malikdir. Plitə qərbdə Sakit okean plitəsi, şərqdən isə Naska plitəsi ilə əhalətənmişdir. Sakit okean daxilində yerləşir. Mikroplitə üzərində yerləşən Pasxa adasının adına uyğun olaraq adlandırılmışdır. Bird, P., An updated digital model of plate boundaries, Geochem. Geophys. Geosyst., 4 (3), 1027, doi: 10.1029/2001GC000252, 2003.
Pasxa yumurtası (virtual)
Pasxa yumurtası (ing. Easter Egg) — videooyunlarda, vebsaytlarda, filmlərdə və s. tapıla bilən gizli özəllik, mesaj, sürpriz. "Pasxa yumurtası" termini 1970-ci illərin sonlarında, əsasən videooyun sənayesində yaranmışdır. O vaxtlar tərtibatçılar oyunun kodunda gizli mesajları, bonus səviyyələrini və zarafatları gizlətməyə başlamışdılar. Video oyunların populyarlığı artdıqca, pasxa yumurtaları üçün ov da artdı. Oyunçular, bu gizli qiymətli daşları üzə çıxarmağa qərar verərək, oyunun hər küncünü araşdırmaq üçün saysız-hesabsız vaxt sərf edərdilər. Kompüter proqramının sənədlərdə göstərilməmiş (təsvir olunmamış) gizli hissəsi. “Pasxa yumurtası”, adətən, qəribə hərəkətlər ardıcıllığı ilə aktivləşir. Məsələn, WinRAR proqramında menyudan “About WinRAR” bəndini seçib, açılan pəncərədə kitab qalağını çıqqıldatdıqda o, aşağı düşür və bir neçə dəfə qalxıb enir.

Значение слова в других словарях