patriarxal
patriarxal-konservativ
OBASTAN VİKİ
İcma
İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini. == Ümumi məlumat == İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Kommuna (icma)
Kommuna (fr. commune — icma) — ortaq ideya ətrafında birləşən və ümumi maraqlara, mülkiyyətə, ehtiyatlara, daha radikal kommunalarda isə ortaq gəlirə və iş yerinə sahib insanların birlikdə yaşamağa qərar verdikləri icma növüdür. Bir çox müasir kommunalarda ortaq qərarların qəbulu, qeyri-ierarxik struktur və ekoloji həyat tərzi də böyük əhəmiyyət kəsb edir. İlk kommunalar Qədim Roma dövründə yaranmışdır. Böyük Fransa inqilabı dövründə kommunalar özünüidarə funksiyasını yerinə yetirmiş, şəhər-kommunalar orta əsrlərdə Şimali İtaliya və Şimali Fransa şəhərlərinin idarəçiliyində mühüm yer tutmuşlar.
Moğollar (icma)
Moğollar (fars. مغول‎; hind. मुग़ल/مغل‎) — orta əsrlərdə Moğolustandan Hindistana gəlmiş türk-monqol mənşəli xalqların nümayəndələri. Onlar əsasən Pakistan və Şimali Hindistanda yaşayırlar. "Moğol" adı monqol deməkdir.
Virtual icma
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
İcma (İngiltərə)
İcma (ing. Civil parish) — İngiltərədə yerli idarəetmə üçün istifadə edilən bir növ inzibati bölmədir. Regionlar və dairələr və ya onların birləşdirilmiş forması olan unitar orqanların altındakı yerli idarəetmə orqanlarının ən aşağı səviyyəsi olan regional idarəetmədirlər. İcmaların ölçüləri azsaylı əhalisi olan seyrək məskunlaşmış olan kənd yerlərindən başlamış, on minlərlə sakini olan böyük qəsəbələrə qədər dəyişiklik göstərə bilir.
Mursiya (muxtar icma)
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
İbtidai-icma quruluşu
İbtidai-icma quruluşu— ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur.Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir.Eneolit daş dövrünün sonu - metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI-IV minillikləri əhatə edir.Eneolitin sonunda Tunc dövrünə keçidin əsası qoyulmuşdur. Tunc dövrü də üç mərhələyə bölünür: erkən tunc dövrü;(e.ə IV minilliyin II yarısından e.ə III minilliyin sonlarına qədər davam etmişdir) orta tunc dövrü;(e.ə III minilliyin sonlarından e.ə II minilliyin ortalarına qədər davam edir) son tunc dövrü.(e.ə XlV əsrdən e.ə VII əsrə qədər davam etmişdir) == İbtidai icma dövrü mədəniyyəti == İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın "Qədim cəmiyyət" adlı tədqiqatında öz əksini tapmışdır.
İbtidai icma quruluşu

Navarra (muxtar icma)
Navarra — İspaniyada yerləşən muxtar ərazi.
ABŞ-ın ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
ABŞ-nin ibtidai icma quruluşu