On üçüncü qəbilə (Artur Kostler)
On üçüncü qəbilə — tarixçi Artur Kostlerin (1905-1983) türk və Qafqaz tarixini də əlaqələndirən kitabının adıdır.
Yəhudi inancına görə İshaq oğlu Yaqubun iki oğlu olmuş, hər oğlu bir qəbilənin əsasını qoymuşdur. Dünya yəhudilərinin bu 12 qəbilədən gəldiyinə inanılmaqdadır. Ancaq özü də yəhudi olan Kostler şərq və şimal yəhudilərinin (Aşkenazilər) köklərininfərqli olduğu düşüncəsində olmuşdur. Kostler 1976-cı ildə nəşr etdirdiyi “On üçüncü qəbilə” adlı kitabında Orta əsrlərdə Şərqi Avropanın türklərin hakimiyyəti altında olduğundan hərəkət edərək, şimal və şərqi Avropa yəhudilərinin türk kökənli ola biləcəyini irəli sürməkdədir.
Orta əsrlərin böyük bir hissəsində Şərqi Avropa türklərin hakimiyyəti altında idi. 576-cı ildə göytürklərin Krımın Kerç qalasına etdikləri səfəRdən sonra Qara dənizin şimalı tamamən türkcə danışanların hakimiyyəti altına keçdi. Sıra ilə Xəzər, Peçenek, Uz və Qıpçak kimi xalqlar XIII əsrdəki monqol hakimiyyətinə qədər bölgəni idarə etdilər.Böyük güc XI əsrə qədər xəzərlər, daha sonra da qıpçaklar oldu.
Türkcə danışanlar və bozqırda yaşayanların çox zaman dini Gök Tenqri dini idi. Lakin xüsusilə, oturaq həyata keçənlər kitab dinlərini seçməyə üstünlük verirdilər.