Patt

das; -s, -s (Schach) pat
patschnass
patzen
OBASTAN VİKİ
Adam Pattantyuş
Adam Pattantyuş (10 oktyabr 1978) — Macarıstanı təmsil edən stolüstü tennisçi. Adam Pattantyuş Macarıstanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Adam Pattantyuş Macarıstanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Artemisia pattersonii
Artemisia pattersonii (lat. Artemisia pattersonii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Corc Smit Patton
George Smith Patton, Jr. (11 noyabr 1885[…], San Qabriel[d], Kaliforniya – 21 dekabr 1945[…], Heydelberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) İkinci Dünya Müharibəsində Amerika Ordusunun aparıcı komandirlərindən biri olmuşdur. Tanklarla İkinci Dünya Müharibəsinin taleyini dəyişdirmişdir. 36 illik ordu həyatında həmişə müharibələrdə zirehli birləşmələrin əhəmiyyətini müdafiə etmiş və bunu İkinci Dünya Müharibəsi dövründə sübut etmişdir. Şimali Afrika Cəbhəsində tank korpusunun komandiri və Husky Əməliyyatında zirehli ordu komandiri olmuşdur. İtaliyanın işğalı zamanı komandanlığı altında olan bəzi əsgərlərlə pis rəftar etdiyi əsas gətirilərək Normandiya əməliyyatı zamanı ehtiyatda saxlanılmışdır. Ancaq Normandiya çıxarmasından sonra, müttəfiq qoşunları Alman müdafiəsi qarşısında irəliləyə bilmədikdən sonra, Dwight Eisenhower tərəfindən zirehli ordu qrupunun komandiri olaraq yenidən vəzifəsinə çağırılmışdır. Fransanın işğalı zamanı komandirlik etdiyi zirehli birləşmələr, tələb ediləndən çox daha sürətli formada Alman xətlərinin arxasına keçdikdə, yanacaq tədarükü dayandırılmış və o arxadan gələn qoşunları gözləmək məcburiyyətində qalmışdır. Qışda Ardennada sonuncu dəfə əks-hücuma keçərək Müttəfiq Ordularını çətin vəziyyətə salan feldmarşal Gerd von Rundstedtin komandanlığı altındakı Alman Ordularını məğlub etmişdir. Qərbi Almaniyanı işğal etdikdən sonra Sovet qoşunlarını Elba çayının kənarında dayandırmışdır.
Erigeron pattersonii
Erigeron pattersonii (lat. Erigeron pattersonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
George S. Patton
George Smith Patton, Jr. (11 noyabr 1885[…], San Qabriel[d], Kaliforniya – 21 dekabr 1945[…], Heydelberq, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) İkinci Dünya Müharibəsində Amerika Ordusunun aparıcı komandirlərindən biri olmuşdur. Tanklarla İkinci Dünya Müharibəsinin taleyini dəyişdirmişdir. 36 illik ordu həyatında həmişə müharibələrdə zirehli birləşmələrin əhəmiyyətini müdafiə etmiş və bunu İkinci Dünya Müharibəsi dövründə sübut etmişdir. Şimali Afrika Cəbhəsində tank korpusunun komandiri və Husky Əməliyyatında zirehli ordu komandiri olmuşdur. İtaliyanın işğalı zamanı komandanlığı altında olan bəzi əsgərlərlə pis rəftar etdiyi əsas gətirilərək Normandiya əməliyyatı zamanı ehtiyatda saxlanılmışdır. Ancaq Normandiya çıxarmasından sonra, müttəfiq qoşunları Alman müdafiəsi qarşısında irəliləyə bilmədikdən sonra, Dwight Eisenhower tərəfindən zirehli ordu qrupunun komandiri olaraq yenidən vəzifəsinə çağırılmışdır. Fransanın işğalı zamanı komandirlik etdiyi zirehli birləşmələr, tələb ediləndən çox daha sürətli formada Alman xətlərinin arxasına keçdikdə, yanacaq tədarükü dayandırılmış və o arxadan gələn qoşunları gözləmək məcburiyyətində qalmışdır. Qışda Ardennada sonuncu dəfə əks-hücuma keçərək Müttəfiq Ordularını çətin vəziyyətə salan feldmarşal Gerd von Rundstedtin komandanlığı altındakı Alman Ordularını məğlub etmişdir. Qərbi Almaniyanı işğal etdikdən sonra Sovet qoşunlarını Elba çayının kənarında dayandırmışdır.
M46 Patton
M46 Patton orta tankı ABŞ tərəfindən hazırlanmış Patton seriyasındakı tankların birinci nümayəndəsidir. Tank George S. Pattonun adını daşıyan ilk tank olaraq, həmçinin general adı daşıyan ilk tank da olmuşdur. George S. Patton, İkinci Dünya müharibəsi əsnasında xidmət edən üçüncü ordunun komandiri və tankların döyüşlərdə aktiv şəkildə istifadə edilməsinin müdafiəçisidir. M46 Patton, M26 Pershing tankının inkişaf etdirilmiş versiyası və ABŞ Silahlı Qüvvələrinin 1949 və 1950 modelləri ilə Soyuq müharibə dövründə istifadə etdiyi əsas döyüş tankı olmuşdur. 30 iyul 1948-ci ildə M46 tankının adı George S. Patton Jr. şərəfinə Patton olaraq təyin edilmişdir. Bu tank yalnız Soyuq müharibə dövründə müttəfiq bir qüvvə olan Belçikaya verilmiş və yeni hazırlanan M47 Patton tankı üçün təlim məqsədləri üçün az miqdarda ixrac edilmişdir. M46 tankı M26 Pershing və M4 Sherman tanklarını əvəz etmək üçün hazırlanmışdır. Sürətlər qutusu General Motors CD-850-3 və ya -4, 2 irəli, 1 geri, asqı sistemi burulma çubuğudur. Tankın yanacaq tutumu 878 litr (232 qalon), maksimum hərəkət mənzili isə 130 km (80 mph) olmuşdur.
M47 Patton
M47 Patton, Patton orta səviyyəli seriyasının ikinci və son orta tank növüdür. Bu tank 90 mm-lik bir tank silahı və yeni hazırlanmış bir qüllə ilə təchiz olunmuş M46 Patton tankının daha da inkişaf etdirilmiş versiyasıdır. 1950–1980-ci illər arasında Amerika Ordusunun standart orta tankı idi. Digər Patton seriyası tankları kimi, adını da Amerikan General Corc Pattondan almışdır. M46 Patton tankının baza modeli əsasında hazırlanmışdır. Hərəkət mənzili 130 km təşkil edir. Transmissiyası General Motors CD-850–4 modelidir. Asqı sistemi burulma çubuğudur. M47 tankı M48 Patton tankı istismara verildiyi müddətə qədər ABŞ ordusu və ABŞ dəniz piyadaları korpusu tərəfindən istifadə edilən əsas tank sinfi idi. M47 Patton əvvəllər Amerika ordusunda xidmət edən M4 Sherman və M46 Patton tanklarını əvəz etmişdir.
M48 Patton
M48 Patton Patton seriyasındakı tankların üçüncü və son orta tankıdır. M48 Patton tankları, Koreya və Vyetnam müharibələrində istifadə edilən əsas tanklardır. Amerikalı general George Pattonun adını daşıyır. M48 Patton, ABŞ Silahlı Qüvvələrinin xidmətindəki M4 Sherman və M47 Patton tanklarını əvəz etmək üçün yaradılmışdır. M48 Patton, M47 Pattona bənzər görünsə də, M48 Patton tamamilə yeni bir tank dizaynındadır. M48 Patton tankı M60 Patton tankı xidmətə qəbul edilənə qədər ABŞ ordusunda bir ara keçid tankı olaraq xidmət etmişdir. A5 modelləri ilə ABŞ Quru Qoşunları tərəfindən 1990-cı illərə qədər istifadə olunan bu tank sonradan xidmətdən çıxarıldı. Qərbi Almaniyanın silahsızlaşdırılması müqavilələrinə əsasən 1.000-ə qədər tank Türkiyəyə satılaraq əldən çıxarılmış, beləcə almanlar əllərindəki tankları yeniləmə fürsətindən ağıllı bir formada istifadə etmişdirlər. Türkiyənin əlindəki M48 tankları yavaş-yavaş xidmətdən çəkilməkdə olub, daha çox polis bölmələrinin qorunmasında istifadə edilməkdədirlər. İstehsalçı ölkə: ABŞ Tip: Əsas döyüş tankı İstehsalçı firma: Chrysler; Fisher Tank Arsenal; Ford İstehsal tarixi: 1952 – 1959 Xidmətə giriş ili: 1952 – günümüzə Ekipaj: 4 nəfər İstehsal sayı: 12.000 ədəd Modelləri: M60 Patton, Magach 1/2/3/4/5 Ağırlığı: 44.8 ton Uzunluğu: 6.96 m Lülə daxil olmaqla: 8.81 m Eni: 3.63 m Hündürlüyü: 3.24 m Klirens: 0.42 m Zireh qalınlığı: 120 mm tökmə homogen polad Tüstü bombaları Zəminə təzyiq: 0,78 kq/sm ² Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.6 m Divar dağıtmaq: 0.9 m Qalxma dərəcəsi: 30º Motor: Continental AVDS-1790 benzin At gücü: 810 Maksimal sürət: 48 km/saat Yanacaq çəninin tutumu: 757 litr Mənzili: 113 km Dayandırılması: burulma bar Əsas silahı: M48 M48A1/A2 tanklarında 90 mm-lik T54 topu M48A3 tanklarında 90 mm-lik M41 topu M48A5 tanklarında 105 mm-lik M68 yivli topu Kalibr: 90 mm və 105 mm Lülənin qalxma bucağı: 0º...
M60 Patton
M60 Patton - ABŞ istehsalı tank. M60 “Patton” tankları 1960-70-ci illərdə, M1 Abramslarla əvəzlənmədən öncə ABŞ ordusunun tank filotiliyasının onurğasını təşkil edirdi. Əvəzlənməsinə baxmayaraq, 2019-cu ildə 19 ölkənin ordusunda 5 mindən çox “Patton” istifadə edilir. 2019-cu ilin əvvəlində “Raytheon” onun istismar müddətinin uzadılması paketini (SLEP) elan etdi. Buraya yeni mühərrik, atəşə nəzarət sistemi və 120 millimetrlik toplar daxildir. M60 öz əsasını özündən əvvəlki M26 Pershing ağır tankından alır. Ondan İkinci Dünya müharibəsindən sonrakı dövrdə istifadə edilirdi. “Pershing” sonralar 90 mm-lik toplarla silahlandırılmış “Patton” seriyalı tanklara transformasiya edildi. Bu tanklara M46, M47, M48-i aid etmək olar. M60 isə 1960-cı ildə təqdim olundu və seriyanın sonuncu üzvü idi.
Pattani (əyalət)
Pattani(tay ปัตตานี) — Tailandın cənubunda əyalət. Yala, Narathivat,Sonqkhla əyalətləri ilə qonşudur.Malay yarımadasında yerləşir. Şimalda Siam körfəzinə birləşir. Pattani—Tailandın 4 əyalətindən biridir. Əhalisi əsasən müsəlman malaylardan ibarətdir.
Pattayya (film, 2016)
Pattayya (fr. Pattaya) — 2016-cı ildə istehsal olunan Fransa komediya filmi. Filmin rejissoru Frank Qastambiddir və 24 fevral 2016-cı il tarixində buraxılmışdır. Frenki və Krimo öz kasıb məhəllələrini tərk edib, Tailandda yerləşən və məşhurcasına baxımsız qalan Pattayya kurortuna istirahətə getmək arzularında olurlar. Həmin yerə ucuza getmək üçün qısaboy bir şəxsə müraciət edirlər. Onlar Tailanda gedirlər, ancaq bu onların həyatındakı ən təhlükəli macəraya çevrilir. Filmin musiqisi Kore tərəfindən istehsal edilmişdir. Musiqilərdə Gradur, Lacrim və Mac Tyer kimi Fransa repperləri var.
Pattersonia
Ruelliya (lat. Ruellia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Patti Ostin
Patti Ostin (ing. Patti Austin; 10 avqust 1950, Nyu-York, Nyu-York ştatı) — Qremmi mükafatlı ABŞ R&B və caz müğənnisi.
Patti Smit
Patti Smith - (30 dekabr 1946, Çikaqo, İllinoys) ABŞ-lı musiqiçi və şair. 1975-ci ildə çıxardığı ilk albomu "Horses" ilə punk rokun yaranmasında ən təsirli adlardan biri oldu. Smith Punkun vəftiz anası olaraq çağırıldı. Beat şeiri performans tərzini garage rok ilə birləşdirdi. Qadınsayağı uzaq diliylə disko dövrünə meydan oxuyarkən, Amerika gənclərini XIX əsr Fransız şeiri ilə də tanış etdi. Smith çox geniş kütlələr tərəfindən Bruce Springsteen ilə birlikdə yazdığı və siyahılarda 13 nömrəyə qədər yüksələn "Because the Night" adlı mahnısıyla tanınır. 2005-ci ildə, sənətçiyə, Fransa Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyata və mədəniyyətə etdiyi töhfələrə görə "Ordre des Arts et des Lettres" ordeni verildi. Bundan başqa 2007-ci ildə "Rock and Roll Hall of Fame" ə qəbul edildi. 17 Noyabr 2010-cu ildə isə xatirələrini yazdığı "Just Kids" (Uşaq Uşaq) adlı kitabıyla National Book Awardın qazandı. 2011-ci Polar Music Prize'ı edən sənətçilərdən biri oldu.
Patton (film)
General Patton (1970) — ABŞ istehsalı epik bioqrafik döyüş filmidir. Əsl adı Patton olan film Türkiyədə 21 Fevral 1972 tarixində sinemalarda göstərilmişdir General Omar N. Bradleyin A Soldier's Story (Bir əsgərin hekayəsi ) adlı xatirə kitabı ilə Ladislas Faragonun Patton: Ordeal and Triumph (Patton: Atəşdən Köynək və Zəfər) adlı kitablarından Francis Ford Coppola və Edmund H. North'un birlikdə ssenarisini yazdıqları filmi Franklin J. Schaffner rejisorluğunu etmiş , baş rollarda George C. Scott Karl Malden və Stephen Young yer almışdılar. Filmin özünəməxsus musiqisini Jerry Goldsmith bəstələmişdir. ikinci dünya müharibəsi nin əfsanəvi və "cür özünə məxsus" generalı Pattonun hekayəsinin izah edildiyi film 1971-ci ildə tam 7 Oskar mükafatı birdən almışdı. Həmçinin, "General Patton", ABŞ da "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilərək Konqres Kitabxanasının "Milli Film Arşivi" ndə mühafizə edilməsinə qərar verilmişdir. Film 1943-ci ildə İkinci dünya müharibəsinin Şimali Afrika cəbhəsi ilə başlayır. Döyüş tarixinin ən eccentric komandirlərindən biri olan Tankçı General Corc S. Patton Jr. (Corc C. Scott)ın qarşısında Çöl Tülküsü ləqəbli məşhur Alman Marşalı Erwin Rommel (Karl Michael Vogler) vardır.) Hərbi bacarığının yanında döyüş tarixini də çox yaxşı bilən Patton, Rommelin yazdığı kitabları da oxumuşdur və onun taktikalarını istifadə "Çöl Tülküsü" nü Şimali Afrikadan izləyir. Bu müvəffəqiyyəti üzərinə general-leytenantlığa qalxma etdirilərək Siciliya ya göndərilir. Burada Müttəfiqlərin digər bir məşhur komandiri İngilis Marşalı Montgomery (Michael Bates) ilə bir rəqabətə girir.
Patton (film, 1970)

Patton seriyasındakı tanklar
Patton tankı aşağıdakı mənaları ifadə edir:
Robert Pattinson
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Senecio pattersonensis
Senecio pattersonensis (lat. Senecio pattersonensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Senecio pattersonii
Senecio pattersonii (lat. Senecio pattersonii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Patty Aubery
Patty Abery (1965, Kaliforniya) — Kaliforniyadan olan Amerika yazıçısıdır. O, Xristian Ruhu üçün Toyuq Çorbası da daxil olmaqla Ruh üçün Toyuq Çorbası seriyası kimi bəzi kitablar yazdı. Qadın hüquqlarının lideri olan Aubery yalnız qadınlar üçün "Chicken Soup for the Christian Woman's Soul" kitabını yazdı. Kitab çətinliklərlə üzləşən, çətin günlər yaşayan və imanı təzələyən qadınların hekayələrindən bəhs edir. Fəsillərdə İnam, Ailə Sevgisi, Allahın Müalicə Gücü, Dostluq, Fərqləndirmə, Çağırışlar və Möcüzələr var. O , "Oyan!" verilişində idi. 2015-ci ildə televiziyada 2017-ci ildə o , "Uğur ruhu" filmində də rol alıb. Onun yazıları özünə kömək janrında diqqət çəkdi. O, özünə kömək, ağıl və bədən, təlim, həyat mübarizəsi, pul, müvəffəqiyyət, və yenilik. Müəllif Lisa Nichols Aubery'nin "mümkün qüvvəsi olduğunu" yazdı.
Pattayya (film)
Pattayya (fr. Pattaya) — 2016-cı ildə istehsal olunan Fransa komediya filmi. Filmin rejissoru Frank Qastambiddir və 24 fevral 2016-cı il tarixində buraxılmışdır. Frenki və Krimo öz kasıb məhəllələrini tərk edib, Tailandda yerləşən və məşhurcasına baxımsız qalan Pattayya kurortuna istirahətə getmək arzularında olurlar. Həmin yerə ucuza getmək üçün qısaboy bir şəxsə müraciət edirlər. Onlar Tailanda gedirlər, ancaq bu onların həyatındakı ən təhlükəli macəraya çevrilir. Filmin musiqisi Kore tərəfindən istehsal edilmişdir. Musiqilərdə Gradur, Lacrim və Mac Tyer kimi Fransa repperləri var.
Pattern (texniki analiz)
Pattern (ing. pattern — model, nümunə) — texniki təhlildə qiymət, həcm və ya göstərici məlumatlarının sabit, təkrarlanan birləşmələri deyilir. Nümunə təhlili texniki təhlilin aksiomlarından birinə əsaslanır: "tarix özünü təkrarlayır" — məlumatların təkrar birləşməsinin oxşar nəticəyə səbəb olduğuna inanılır. Nümunələrə texniki analizin “şablonları” və ya “rəqəmləri” də deyilir. Nümunələr şərti olaraq aşağıdakılara bölünür: Qeyri-müəyyən (cari trendin ya davamına, ya da dəyişməsinə səbəb ola bilər). Bunlara "bayraqlar" və "paz" daxildir. Mövcud trendin davamı üçün nümunələr. Bunlara “bayraq”, “fimpel” və başqaları daxildir. Mövcud trendi dəyişdirmək üçün nümunələr. Bunlara baş və çiyinlər, ikiqat və üçlü üstlər (ikiqat və üçlü altlıqlar), almaz və başqaları daxildir.
Salix pattersonii
Salix scouleriana (lat. Salix scouleriana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix brachystachys var. scouleriana (Barratt ex Hook.) Andersson Salix flavescens var. scouleriana (Barratt ex Hook.) Bebb Salix scouleriana var. typica C.K.Schneid.