Peq

bir ölkənin milli valyutasının başqa bir xarici ölkənin valyutası qarşısındakı dəyərini digər üçüncü ölkənin valyutasına və ya bir qrup ölkənin valyutasına və ya bir qrup ölkənin valyutalarından ibarət səbətə bağlayaraq sabit saxlaması.
Payçı
Penni
OBASTAN VİKİ
Kastelno-Peqerol
Kastelno-Peqerol (fr. Castelnau-Pégayrols, oks. Castèlnòu de Leveson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Bozeli kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12062. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 38 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 321 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 342 nəfər (15-64 yaş arasında) 240 nəfər iqtisadi fəal, 102 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 67.7%).
Peqas
Peqas (bürc)
Peqas (bürc)
Peqas (lat. Pegasus) — ekvatorial bürc. Mərkəzi enliklərdə yayda, payızda və qışın əvvəllərində yaxşı görsənir.
Peqas (mifologiya)
Peqas, Peqasus (yun. Πήγασος - "bulaq", lat. Pegasus) yunan mifologiyasında Qorqona Meduza və Poseydondan törənmiş qanadlı at. Persey ilə mübarizədə artıq meduza Poseydondan hamilə qalmışdı. Onun başsız bədənindən qan axını ilə onun uşaqları yekəpər Xrisaor (üç bədənli Herionun atası) və qanadlı at Peqasus dünyaya gəlmiş olur.
Peqaskimilər
Peqaslar (lat. Pegasidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Peqaslar
Peqaslar (lat. Pegasidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Peqmatit
Peqmatit — damar, linza, yuva, ştokvari və başqa formalı, mineral tərkibinə görə ana süxurdan fərqlənməyən, əsasən iri dənəli maqmatik süxur. Peqmatit turş (qranit, qranodiorit), əsasi (qabbro), qələvi (nefelinli siyenitlər) və başqa intruziv süxurlarla əlaqədardır. Turş süxurların peqmatit bir neçə qrupa ayrılır: keramik, muskovit, muskovit-nadir metal və nadir metal. Bu süxurlarda müxtəlif miqdarda turmalin, berill, floqopit, spodumen, nadir torpaq elementlərinin mineralları da olur. Qələvi süxur peqmatit nadir torpaq element (niobium, tantal, fosfor və s.) mineralları, əsasi süxur peqmatit isə nikel, dəmir, mis və başqa sulfidlərlə zəngin olur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Peqo
Peqo (isp. Pego) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 52,85 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 11208 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 97 km uzaqlıqda yerləşir.
Semyon Peqov
Semyon Vladimiroviç Peqov (rus. ́Семён Владимирович Пегов; 9 sentyabr 1985, Smolensk) — sosial mediada səhnələşdirilmiş və ya saxta videolar yerləşdirməklə tanınan Rusiya blogeri, jurnalisti və təbliğatçısı. O, "WarGonzo" hərbi layihəsi və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli "Telegram" kanalında işləyir. O, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və İkinci Qarabağ müharibələrini ilk növbədə rusiyayönlü prizmadan işıqlandırıb. 23 oktyabr 2022-ci ildə Donetsk vilayətində piyada əleyhinə minaya düşüb və nəticədə ayağının bir hissəsi amputasiya edilib. 12 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. 3 fevral 2023-cü ildə Ukrayna Baş Prokurorluğu Semyon Peqovu qiyabi olaraq "hərbi mövzularda təbliğat materialları" yaratmaqda ittiham edərək onun haqqında cinayət işi açıb. Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini "əsaslandırmaq, tanımaq və inkar etmək", habelə Rusiya Silahlı Qüvvələrini "şöhrətləndirmək" üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.
Saymon Peqq
Simon Pegg (14 fevral 1970) — Britaniyalı teatr və kino aktyoru.
Peqoma
Peqoma (fr. Peqoma) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 11,28 km², əhalisi 6235 nəfərdir (2006) artım tendensiyası ilə: 7285 nəfər (2012), əhalinin sıxlığı 645,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 7047 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7285 nəfər.