Perikardit
Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.
İnfeksion:
Revmatik;
Vərəmli;
Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli)
Göbələk;
Viral;
Rikketsioz
Aseptik perikarditlər:
Allergik;
Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli;
Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli;
Travmatik;
Şüa təsirindən;
Post infarkt (Dressler sindromu)
Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli;
Qlükokortikosteroid müalicəsi ilə əlaqəli;
C vitamini çatışmazlığı ilə əlaqəli;
İdiopatik perikarditlər
kəskin perikardit:
Quru (fibroz);
Eksudativ: seroz-fibroz, hemmoragik, irinli;
Ürək tamponadalı;
Tamponadasız.