petrol

petrol
petroqrafiya
petrolatum
OBASTAN VİKİ
Petrol
Petrol (mahnı) —
Petrol (mahnı)
Petrol Ofisi
Petrol Ofisi 18 fevral 1941-ci il tarixində neft məhsullarının idxalı, depolaması, ayırılması və paylanması məqsədi ilə dövlət şirkəti olaraq qurulub. 1983-cü ildə anonim şirkətə çevrildi. 2000-ci ildə şirkət özəlləşdirildi və 13 mart 2006-cı ildə Avstriya neft şirkəti OMV şirkətin %34-ni, 2010-cu ildə isə %54-ni toplamda 2,4 milyard ABŞ dollarına satın aldı. 2016-cı ildə 9 milyard satış gəliri əldə edən Petrol Ofisi Türkiyənin ən böyük özəl sektor şirkətlərindən biridir. 1709 ədəd yanacaqdoldurma məntəqəsi, 1 sürtkü yağları fabriki, 10 yanacaq və 4 LPG terminal, 20 hava limanı təminat modulları və 1,1 milyon kub metr anbar tutumu ilə Türkiyənin lider yanacaq və sürtkü yağı şirkətidir. Petrol Ofisi sürtkü yağları və qres istehsalını 140.000 ton istehsal qabiliyyətinə sahib fabrikində həyata keçirir.
British Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Britiş Petroleum
BP — Böyük Britaniyanın enerji şirkəti. Mərkəzi ofisi İngiltərənin paytaxtı Londonda yerləşir. 1987-ci ilə qədər BP dövlətin mülkiyyətində olub. "British Petroleum" Birləşmiş Krallıq üçün həyati əhəmiyyət kəsb edir. Britaniyanın 10 min vətəndaşının çalışdığı bu şirkət il ərzində büdcəyə 6 milyard funt-sterlinq ($10 milyard) gəlir gətirir. BP şirkəti aparıcı neft şirkətlərindən biridir. FORBS jurnalının reytinqinə görə dünyanın üçünçü, neft şirkətləri arasında isə ikinci şirkətdir. 100 il tarixə malik şirkət, dünyanın çox yerində neft hasilatı və emalı ilə məşğul olub. 50-ci illərdə İranda baş verən siyasi böhran nəticəsində, Şımal dənizində neft yataqlarının kəşfinə, sonralar isə istismarına başlayıb. 80-ci illərin əvvələrindən, BP Şimal dənizində geniş həcmli neft hasilatına başlayıb.
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Petrologiya və metallogeniya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm.Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki,analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. İlk petroloji tədqiqatlar XX əsrin əvvəllərin də epizodik səciyyə daşımış və yalnız ayrı-ayrı intruzivlərin tərkibinin öyrənilməsini əhatə etmişdir. Sonralar intruziv va effuziv süxurların petroqrafik tərkibi va yaşı daha geniş tədqiq olunmağa başlanmışdır.Respublikanın regionlarında yayılmış maqmatik süxurların petroqrafik cəhətdən tədqiqi Aslan Vəzirzadə,Ş.Əzizbəyov və M.Qaşqayın adları ilə bağlıdır. XX əsrin 30-cu illərinin sonundan respublikanın maqmatik süxurlarının petroqrafik tədqiqi daha sistemli xarakter almışdır.Tədqiqatlar maqmatik komplekslərin yaşı,strukturu və maddi tərkibinin öyrənilməsinə və onların endogen yataqların əmələ gəlməsindəki roluna həsr edilmişdir.Ş.Əzizbəyovun və M.Qaşqayın maqmatik süxurların petroqrafiyasına aid tədqiqatları ayrı-ayrı regionların və burada yayılmış iri intruziv massiv və onlarla genetik əlaqədə olan faydalı qazıntı yataqlarının geologiyasının öyrənilməsi və respublikada metallogenik tədqiqatların aparılması üçün zəmin yaratmışdır. XX əsrin 50-ci illərindən başlayaraq petroloji tədqiqatlarda yeni üsulların tətbiqi və nisbətən zəif öyrənilmiş geoloji obyekt və proseslərin tədqiqi,maqmatizmin tektonika və filizləşmə ilə qarşılıqlı əlaqəsi,ayrı-ayrı tektonik zonala da metallogenik qanunauyğunluqların öyrənilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir. Çıraqdərəsi-Toğanalı kükürd-kolçedan yataqları qrupunun geologiya və mineralogiyasına,Kiçik Qafqazın şimal şərq hissəsinin polimetal yataqlarının mineraloji-geokimyəvi xüsusiyyətlərinə, habelə Naxçıvan MR-in geologiyasına həsr edilmiş tədqiqatlar aparılmışdır.Kiçik Qafqazın şimal-şərq hissəsinin Mezozoy vulkanogen kompleksləri,Daşkəsənin petrologiya və metallogeniyası,Mehmana və Gədəbəy intruzivlarının petrologiyası və filizliliyi tədqiq edilmişdir. Ayrı-ayrı regionlarda müxtəlif geoloji obyekt və proseslər öyrənilmiş,petrologiya və metallogeniyaya dair yeni məlumatlar əldə edilmiş,vulkanplutonik assosiasiyaların toleit, latit və ahəngli-qələvili seriyalarının riftogen,adalar qövsü və Orogen inkişaf rejimlərinin ayrılması elmi cəhətdən əsaslandırılmışdır.Filiz rayonlarının regional petroloji və petrogenetik modelləri işlənib hazırlanmış,maqmatizmin təkamülü,vulkanizm və plutonizmin təzahür şəraiti bərpa olunmuş və maqmatik formasiyaların filizliliyinin petroloji meyarları tədqiq edilmişdir. 1970–85 illərdə petroloji və metallogenik tədqiqatlar formasion təhlil əsasında aparılmış, maqmatik törəmələrin formasiyalar üzrə təsnifatı verilmişdir.Metallogenik tədqiqatlarda geokimyəvi üsullardan istifadə edilmiş,riyazi üsullar tətbiq olunmuşdur.Kiçik Qafqazın bir sıra qranitoit intruzivlərinin filizliliyi proqnozlaşdırılmış,ayrı-ayrı sahələr üzrə 1:200000 miqyaslı maqmatik formasiyaların xəritələri tərtib edilmişdir(1976).Bu tədqiqatlar 1:500000 miqyasla "Azərbaycanın maqmatizm və metamorfizm xəritəsinin"(1979) əsasını təşkil etmişdir. Mineragenik tədqiqatlar nəticəsində faydalı qazıntı yataqlarının 1:500000 miqyaslı xəritəsi (1977),"Azərbaycanın maqmatik və filiz formasiyaları" xəritəsi (1980) Azərbaycanın 1:500000 miq yaslı metallogenik xəritəsi (1980) nəşr edilmiş,yataqların riyazi,geoloji-genetik, geokimyəvi modelləri tərtib edilmiş,dəqiq strukturu,mineral tərkibi və geokimyası öyrənilmişdir.
Petrolul Ployeşti FK
Petrolul — Rumıniyanın futbol klubu. 9 dəfə Avropa kuboklarında iştirak edib.
Qatar Petroleum
"Qatar Petroleum" — Qətər Əmirliyinin neft şirkəti.
Villa Petrolea
Villa Petrolea (lat. Villa Petrolea) – XIX əsrin sonlarında Nobel Qardaşları Neft İstehsal Cəmiyyəti (Branobel) tərəfindən şirkətin işçiləri üçün Bakı ətrafında Qara şəhərin sərhəddində salınmış yaşayış qəsəbəsidir. Həmçinin qəsəbədə yerləşən Nobel qardaşlarının şəxsi iqamətgahı da belə adlanır. Hazırda burada Nobel Qardaşları Muzeyi və bir neçə təşkilatın ofisi fəaliyyət göstərir. 19-cu əsrin sonlarında Bakının şərq ətraf əraziləri bütünlüklə sənaye bölgəsi olduğuna görə, yaşayış üçün əlverişli deyildi. Burada yalnız neft sənayesində çalışan işçilər yaşayırdılar. Maddi vəziyyəti yaxşı olan sakinlər isə şəhərin daha təmiz bölgəsində Bakının mərkəzində məskunlaşmışdılar. Branobel şirkətinin inzibati-texniki işçilərini(o cümlədən Finlandiyadan, İsveçdən, Norveç və Almaniyadan da dəvət olunmuş) bu bölgəyə cəlb etmək üçün burada yaşayış üçün hər cür şəraiti olan bir qəsəbə salındı. Qəsəbə Qara Şəhərin şərq sərhəddində Keşlə kəndində yerləşirdi. Qəsəbənin ərazisində işçilər üçün evlər, məktəblər, teatr, xəstəxana və Nobel qardaşlarının Bakıdakı iqamətgahı tikilmişdir.
Petrolatum
Petrolatum (petroleum , lat.-“neft”) – neft yağlarının deparafinləşməsi nəticəsində alınan karbohidrogenlərin qarışığından ibarət olan mürəkkəb kombinasiyadır. Petrolatumun tərkibi -əsasən doymuş kristallik və maye halda olan, və tərkibində karbonun miqdarı C25-dən çox olan karbohidrogenlərdən ibarətdir. Xarici görünüşü – qatı, açıq-qəhvəyi rəngdə, damcı düşmə temperaturu 55-650C, qaynama temperaturu 230-2550C-yə malik məhsuldur. Petrolatum kosmetik vasitələrdə və şəxsi gigiyena vasitələrində geniş istifadə olunur, dünyanın bu sahədə olan aparıcı istehsalçılar tərəfindən zərərsiz maddə kimi qəbul edilib. Azərbaycanın unikal neft yataqlarından alınan və naften karbohidrogenlərin əsasında istehsal olunan Ağ petrolatum (ing. White Petrolatum) olduqca effektiv tibbi və kosmetik vasitə sayılır. Ağ petrolatum – tam təmizlənmiş, rafinə edilmiş, iysiz və rəngsiz, böyük istifadə müddəti olan petrolatumdur. Eyni zamanda ağ petrolatum müvəqqəti ağrı ilə müşahidə olunan müəyyən dəri xəstəliklərində ağrıkəsici vasitə kimi də istifadə olunur. Naftalan nefti iltihab proseslərinin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ağrıların azalmasına təsir göstərir. Ənənəvi neftdən alınan petrolatum texnikada və sənayedə serezin üçün xammal kimi istifadə edilir; sürtkülərin, elektrik izolyasiya tərkiblərin komponentlərindən birisi kimi istifadə olunur.

Значение слова в других словарях