Pilzov çay xərçəngi
Pilzov çay xərçəngi (lat. Astacus pachypus) — Pulcuqluqanadlılar dəstəsinin növüdür. Məhdud areallı endemik növdür. Arealı Respublikamızın daxilindədir. Respublikamızın şirin sularında cinsin 2 növü yayılmışdır.
Orta ölçülü çay xərçəngidir. Karapaks yumurtavari olub, gözlərin arxasında və rostrumun əsasında tikancıqvari çıxıntılara malikdir. Baş – döş və qarıncıq yığcam, axımlı və silindrik formadadır. İri qısqacları var. Qısqacın hərəkətsiz tayının daxili səthində girinti-çıxıntı yoxdur, onun xarici səthi isə hamardır.