PİNƏDUZ
PİR
OBASTAN VİKİ
Pinhani
Pinhâni — 5 aprel 2004-cü ildə Zeynep Eylül Üçer və Sinan Kaynakçı tərəfindən qurulan alternativ rok musiqisi ifa edən Türk musiqi qrupudur. O, “Kavak Yelleri” serialının musiqisini də bəstələyib. == Qrup üzvləri haqqında == Sinan Kaynakçı Vokal, gitara, saksafon, zurna, tulum, kamança 25 dekabr 1979-cu ildə İstanbulda anadan olub. Uşaqlığını Florya və Bakırköydə keçirib. 1998-ci ildə Cağaloğlu Anadolu Liseyini bitirib. Musiqiyə də bu məktəbdə başlayıb. 1995-ci ildə yan fleyta dərsləri aldı və elə həmin il gitara çalmağa başladı. 1996-cı ildən Studio Hiphop-da fasilələrlə nağara dərsləri alıb. 2001-2003-cü illər arasında "Van Basten" qrupu ilə Beyoğlunun müxtəlif məkanlarında çıxış edib. Bu dövrdə o, öz əsərlərini yazmağa başladı.