Ölümcül pinq hücumu
Ölümcül pinq hücumu — 1990-cı illərdə Unix, Linux, Mac, Windows, şəbəkə printerləriu və marşrutizatorlar daxil olmaqla müxtəlif əməliyyat sistemlərində və şəbəkə qurğularında yayılmış DoS hücum növüdür, hazırda əksər sistemlərdə bu problem aradan qaldırılıb.
Uzunluğu 65 535 baytdan böyük ICMP-paketin göndərilməsi kompüterin şəbəkə stekini dolduraraq kompüteri çökdürmək mümkündür. Bu uzunluqda paketi şəbəkədə bir dəfəyə göndərmək olmur, ona görə onu hissələrə (fraqmentlərə) bölüb göndərirlər. Windows-da olan pinq proqramı paketləri asanlıqla fraqmentləşdirdiyi üçün bu hücum növü belə adlandırılmışdı.
2013-cü ildə Microsoft Windows-da ölümcül pinq hücumunun IPv6 versiyası aşkar edilmişdir. Bu boşluq 2013-cü ilin avqust ayında MS13-065 səviyyəsində müəyyən edilmişdir. CVE-ID bu boşluq üçün CVE-2013-3183-dur.
İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.