Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirit
Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit. Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr. Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Pirin
Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi isə Vixrendir (2914 m). Pirin- ölkənin ən yüksək dağ silsiləsindən biridir. Pirində 45 dən çox hündürlüyü 2600 m və daha yüksək olan zirvələr var. Dağ massivinin təxmini sahəsi 1201 km²-dir. Buzlaşma dövrü ərazinin relyefinə yetərincə böyük təsir göstərmiş və dağlar daha dik, qayalı forma almışdır. Pirin vadilərində çoxlu göllər meydana gəlmiş və ən böyüyü Popovdur. Massiv daha çox qranit və mərmərdən təşkil olunub. Pirin üç hissəyə bölünür — Şimal, Orta və Cənub.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar^ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Pirin-Fiat
Pirin-Fiat — Bolqarıstanın Loveç şəhərində yerləşən Balkan zavodunda 1966–1971-ci illərdə istehsal edilən avtomobil markası. 1950–1960-cı illərdə Varşava Müqaviləsi Təşkilatı ölkələri avtomobil sənayesinin inkişafını sürətləndirmək yollarını axtarırdılar. Əsas istiqamət avtomobil istehsal edən zavodların inşası idi. FIAT şirkəti İtaliyadan kənarda avtomobil istehsalının təşkilində təcrübəyə malik olduğu üçün bu ən açıq tərəfdaş hesab edilirdi. 1965-ci ildə Fabryka Samochodów Osobowych şirkətinin bazasında polyak Fiat 124p yığılmağa başlamışdır. 20 iyul tarixində isə SSRİ ərazisində "AvtoVAZ" zavodunun inşasına başlanılır. bolqarıstanında da bu proses güçlənir. 26 sentyabr 1966-cı ildə Bolqarıstan hökumətinin rəhbərliyində olan "Balkankar" və İtalyanın FIAT şirkəti arasında müştərəf fəaliyyət sayəsində müqavilə imzalanır. Tərəflərin razılığın əsasən FIAT avtomobilin qiymətinin 40% -dək komponentlərin istehsalı üçün avtomobilin yığılmasının inkişafını təmin etməlidir. Ödəniş Barter vastəsi ilə Bolqarıstan xarici ticarət təşkilatı vasitəsilə həyata keçirilmişdir.
Telis-Piris
Telis-Piris — Cənubi Amerika ərazisindən axan çay. Braziliyanın şimal-qərb hissəsindən axan çay. Çayın uzunluğu 1370 km təşkil edir. Şərqdən qərbə doğru axır. Çoxlu sayda qollara malikdir. Jurunea çayı ilə birləşərək Tapajos çayını əmələ gətirir. O isə öz növbəsində Amazon çayının qolunu təşkil edir. Bolsululuq dövrü oktyabrdan-maya qədər davam edir.
Mixail Pırin
Mixail Semyonoviç Pırin (rus. Михаил Семёнович Пырин; 1874 – 26 dekabr 1943, SSRİ) — Rusiya rəssamı və pedaqoqu. Pırin tələbələri arasında rəssam Vladimir Yukin də var.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Hadiqaib piri
Hadiqaib piri - Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyarətgah. Hаdiqаib yаşаyış yеrində оlаn аrmud аğаcınа sitаyiş еdilməsi müхtəlif şəkildə həyаtа kеçirilir. Birinci növ sitаyişdə аrmud аğаcının budаqlаrınа müхtəlif rəngli pаrçаlаr bаğlаnılır. İkinci növ nəzirlərin vеrilməsi və qurbаn kəsilməsidir. Sоnuncuyа хüsusilə üstünlük vеrilir. Ахurа kənd əhаlisi qurаqlıq bаş vеrdikdə Hаdiqаib pirinin yаnındа qurbаn kəsir və аllаhа duа еdərək yаğış göndərməsini хаhiş еdir və yаlvаrırlаr.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Həzrətbaba piri
Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah. == Ümumi məlumat == Dəniz səviyyəsindən 3629 metr hündürlükdə yerləşən Babadağdan Qaraçay, Vəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. == Adının mənası == Babadağ oronimi Azərbaycan dilindəki "baba" (hörmət bildirən titul mənasında) sözündəndir.>. == Həzrətbaba piri == Babadağ ziyarətgah yeridir və "Həzrətbaba piri" də adlanır. Keçmişdə Quba, İsmayıllı, Qəbələ və başqa rayonlardan gəlib bu piri ziyarət edirdilər. Rəvayətə görə, bu pir vaxtilə Şabranda rəncbər olmuş bir nəfər şəxsin qəbridir. O, bir dəfə plov yeyərkən təsadüfən bir düyünü taptalamış və bunu böyük günah sayaraq həmin dağa qalxmış və orada vəfat etmişdir. Başqa bir rəvayətə görə, Həzrət Baba Səudiyyə Ərəbistanında yaşayırmış. Sonralar söhbət gedən məkana gəlib.
Miranşah piri
Miranşah piri — Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qaraqala kəndindənndən şərqdə, hündür təpənin ətəyində yerləşən ziyarətgah. Pir vaxtilə qayanın təbii oyuğunda olmuş və daş inancı ilə bağlı olmuşdur. Pirin içərisi düzgün olmayan dördbucaqlı formaya malikdir. Onun içərisində müsəlman adəti ilə dəfn aparılmış iki qəbir vardır. Baş daşlarında yazı yoxdur. Hazırda pir bərpa olunmuş və onun üzərində müsəlman məscidlərinə bənzəyən monumental abidə tikilmişdir. Pirin içərisi sütunlu olub, əsasən, iki hissəyə bölünmüşdür. Pirin silindrik formalı iki minarəsi və günbəzi aypara təsvirləri ilə tamamlanmışdır. Pirin fasadında iki qapısı və üç pəncərəsi vardır. Onlar varımdai- rəvi tağlarla tamamlanmışdır.
Nüsnüs piri
Nüsnüs piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah. Kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dahyanus (Dağ Yunus) dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə, o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Onun hündürlüyü 1,5 metr, eni isə 1 metrdir. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası N.V.Xanıkov məlumat vermişdir.
Oxud piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Oxut piri
Oxud piri — Şəki rayonunun Oxud kəndində, meşənin içərisindəki köhnə qəbiristanlıqda ziyarət yeri. Ziyarət yerindəki çaylaq daşlarından düzəldilmiş başdaşlarına həkk olunmuş yazılar - kitabələr göstərir ki, dəfn olunanların ziyarətgahın meydana çıxması tarixi ilə heç bir əlaqəsi yoxdur. Ziyarət olunan məzarlardan biri hicri 1105 (1693/1694)-cü ildə vəfat etmiş Ruqiyə adlı qadına məxsusdur. O, Məhəmməd Əmin Əfəndinin qızıdır. İkinci qəbrin başında kitabədən məlum olur ki, hicri 1141 (1728/1729)-ci ildə vəfat etmiş Əhməd ibn Əlinin adı yazılmışdır. Üçüncü qəbr abidəsi baş əmir Sultan Məcid ibn əl-X-l-u bəyə məxsusdur. O, 1149 (1736/1737)-cu ildə vəfat etmişdir. Bu abidələr kitabələrin mətninə görə pirin meydana çıxmasını, onun əsasını qoyan Şeyxin adını bildirməsə də, hər halda onun fəaliyyətinin XVII əsrdən əvvələ aid etməyə imkan verir.
Piri Məmmədov
Piri Məmmədov - (25 yanvar 1940, Alıkənd, Göyçay rayonu – 25 dekabr 2008, Bakı) —Azərbaycan Respublikasının əməkdar jurnalisti,5 may 1977-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. Piri Məmmədov 1940-cı il yanvarın 25-də Azərbaycan SSR-də, Göyçayın Alı kəndində anadan olub,Əmək fəaliyyətinə 1965 ildə “Azərbaycan gəncləri” qəzetində başlayıb. Daha sonra S.M.Kirov adına ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1969). 1978 ildən “Kommunist” qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 1992 ildən fəaliyyətini “Xalq qəzeti”ndə davam etdirən Məmmədov 1996 ildən ömrünün sonunadək “Respublika” qəzetində “Sosial problemlər” şöbəsinin müdiri vəzifəsində çalışıb. 1977 ildə “Qızıl qələm” mükafatı ilə təltif edilib.2008-ci il dekabrın 25-də Bakıda vəfat edib.
Piri Quliyev
Piri Dostməmməd oğlu Quliyev və ya Usta Piri (2 (14) mart 1869, Əmircan, Bakı qəzası – 5 avqust 1951, Bakı) — Azərbaycan neftçisi, qazma ustası, Əmək Qəhrəmanı. 2 mart 1869-cu ildə Əmircanda doğulub. 1885-ci ildən bəri Bakı Neft Şirkətinin barel istehsalında işləyən, 1887–1904-cü illərdə əsas işçi, köməkçi qazma ustası, Balaxanı və Suraxanı neft yataqlarında qazma ustası, 1904-cü ildən Bakı neft şirkətinin baş qazma ustası. 1917–1920-ci illərdə Bakı şəhərində inqilabi fəaliyyətdə fəal iştirak etmişdir. İnqilab zamanı Bakı neft yataqlarında işləyən avadanlıq praktik olaraq məhv edilib və Piri Quliyev bütövlükdə respublikanın neft sahələrində və neft sənayesində qazma işlərinin bərpası üçün böyük işlər gördü. 1924–1926-cı illərdə ABŞ-yə işgüzar səfərə çıxmışdı. Amerikaya gəldikdən sonra, Signal Hill-də qazma müqaviləsi hazırlayıb, daha sonra Torrens neft yataqlarında, St Paul, Midfest-Rifaineri və Oklahoma şəhərində işləmişdir. Piri Quliyev SSRİ-yə ABŞ-nin neftçilərindən öyrəndiyi fırlanan qazma texnikasını gətirdi. 1926-cı ildən — "Azneft" MMC-nin yeni yataqlarının kəşfiyyat şöbəsinin müdiri. Balaxanı və Sabunçu quyuslarının əsas inkişaf etdiricilərindən biri Qala və Qaraçuxur yatağlarının kəşf edilməsi və istismara verilməsi istiqamətində aktiv iştirak etmişdir.
Piri Rəis
Piri Rəis (türk. Piri Mühiddin Rəis; 1470, Karaman və ya Gelibolu yarımadası, Mərmərə regionu – 1554, Qahirə) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı. Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır. Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Piri Torpağı
Piri Torpağı (dan. Peary Land) — Yarımada Qrenlandiyanın şimal qutaracağında Viktoriya-Ford və İndependes-Ford körfəzləri sahillərində yerləşir. Yarımada şimalından Linkoln dənizi və Şimal Buzlu okeanın suları yuyur. Yarımadanın qərbdən şərqə uzunluğu 375 km təşkil edir. Ərazi dağlıqdır və ən hündür zirvə 1920 m təşkil edir. Sahilləri parçalıdır və fiordlarla zəngindir. Ən iri fiord Frederik-Hayd-Frorddur. Qərb sahillərində buzlaqlar vardır. Yarımadada Qrenlandiyanın ucqar şimal nöqtəsi olan Morris-Cesul burnu yerləşir. Yarımada ABŞ qütb araşdırmaçısı Robert Pirinin şərəfinə adlandırılmışdır.
Piri kəndi
Piri kəndi (Kəleybər)
Pirmaşa piri
Pirmaşa piri — Culfa rayonunun Camaldın kəndində hündür təpənin üzərində ziyarətgah. Pir müqəddəs şəxsiyyətlərdən birinin qəbri üzərində, müasir üslubda, bişmiş kərpicdən tikilmiş altıüzlü prizma şəklində binadan ibarətdir. Binanın hər bir üzündə yerləşən ensiz pəncərələr onun görünüşünü daha da ahəngdar edir. Pirin çardağı piramida formasında başlıqla örtülmüşdür. Yerli əhalinin məlumatına görə, burada vaxtilə möhrədən tikilmiş bina olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatının tapılması onun uzun müddət ziyarətgah kimi istifadə olunduğunu təsdiq edir. Pirin köhnə tikintilərini və onun ziyarətgaha çevrilməsini, pirin ətrafında olan qəbiristanlıqla eyni dövrə XIV–XVIII əsrlərə aid etmək olar. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 401.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.