Google Pixel
Google Pixel — "Google"un smartfonlar, planşetlər, notbuklar və aksessuarlardan ibarət istehlakçı cihazları xətti. Cihazların dizaynını korporasiyanın özü hazırlaması ilə fərqlənir.
2018-ci ilə kimi ABŞ və Qərbi Avropada smartfon bazarında xəttin payının 2% səviyyəsində olduğu təxmin edilir.
Pixel və Pixel XL seriyanın ilk smartfonlarıdır. HTC tərəfindən yığılmış və 4 oktyabr 2016-cı ildə San-Fransiskoda keçirilən xüsusi təqdimatda təqdim olunmuşdur.
Displey: 5 düym (130 mm), FHD Amoled, 441 ppi yaxud 55 düym (1,400 mm) QHD Amoled 534 ppi
Yaddaş: 32 və ya 128 GB
RAM: 4 GB (LPDDR4)
Prosessor: 2,15 GHz + 1,6GHZ, dördnüvəli, 64 bit (ARMv8-а) Qualcomm Snapdragon 821
2017-ci ilin oktyabr ayına olan məlumata görə, bu telefonların ABŞ smartfon bazarındakı payı 0,7% təşkil edirdi.
"Pixel 2" 2017-ci ilin oktyabrında iki ölçüdə təqdim edilmişdir. OLED displeyi var: "Pixel"2-də 5 düymlük 1080x1920 AMOLED və 2 XL-də 6 düymlük 1440x2880 P-OLED mövcuddur. Ekran örtüyü: "Corning Gorilla Glass" 5. "Qualcomm Snapdragon" 835 kristal üzərində sistem mərkəzi prosessor kimi çıxış edir.