plaza

plaza
plaz
plazma
OBASTAN VİKİ
Enterprise Plaza
Enterprise Plaza - Hyustonda yerləşən 230 mərtəbəli binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1980-ci ildə tikilmişdir. Tikilən zaman Hyustonun ən böyük qülləsi hesab edilirdi. Bu qüllədən sonra 305 mərtəbəli JPMorgan Chase Tower qülləsi tikilərək, onu qabağlayır.
Heritage Plaza
Heritage Plaza - Hyustonda yerləşən 232 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1984-ci ildə tikilmiş, 1987-ci ildə başa çatdırılmşdır.
Pera Plaza
Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib. Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır. Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir. Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. Şərq ekspresi 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Total Plaza
Total Plaza (əvvəlki adları Entex Building, Louisiana Place, və United Gas Building) — Texasın Hyuston şəhərində yerləşən göydələn, Allen Center kompleksinin blokundan biridir. Binanın tikintisi 1971-ci ildə başa çatmışdı, 1981-ci və 1996-cı illərdə tikinti yenilənmişdi. Hər mərtəbədə təxminən 2,200 m² var, bütün mərtəbələri cəmləsüy 78,710 m² olar.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Plaza de Cibeles
Plaza de Cibeles — (azərb. ‎: Kibele meydanı) - neoklassik üslubda mərmər heykəllərdən düzəldilmiş bulaq ilə Madridin ən vacib simvollarından biridir. Meydan şərq və qərbdə Calle de Alcala, şimalda Paseo de Recoletos və cənubda Paseo del Prado küçələri ilə həmsərhəddir. Əsl adı Plaza de Madrid (Madrid meydanı) olduğu halda, Madrid bələdiyyəsi yerin adını 1900-cü ildə Plaza de Castelar (Castelar Meydanı) olaraq dəyişdirdi və nəhayət indiki adını aldı. Kibele çeşməsi Madridin ümumiyyətlə Paseo de Recoletos adlanan hissəsində tapılmışdır. Bu fəvvarənin adı Frigian tanrıçası Kibele. Bulaqda ənənəvi olaraq Real Madrid C.F. Komanda kapitanlarının heykəlinə Real Madrid bayrağı və eşarp qoyaraq komandanın qələbələrini qeyd edir. Plaza de Kibelesdəki binaların ən gözə çarpan yeri, Madrid şəhər şurasının yerləşdiyi Kibele sarayıdır (əvvəllər Rabitə Sarayı).
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
San Felipe Plaza
San Felipe Plaza - Hyustonda yerləşən hündürlüyü 46 mərtəbəli binadır.
Wells Fargo Plaza
Wells Fargo Plaza — Hyustonda yerləşən 302,4 m hündürlüyü olan binadır. Qüllə Hyuston şəhərinin mərkəzində 1979-ci ildə tikilmiş, 1983-cü ildə açılışı olmuşdur. Lakin qasırğa nəticəsində binanın bir sıra pəncərələri sınmışdır. Bina öz adını Wells Fargo kampaniyasından götürür.
Alamo Plaza tarixi bölgəsi
Alamo Plaza tarixi bölgəsi — Texas ştatı, ABŞ-nin mərkəzində yerləşən San-Antonio şəhərinin tarixi bir bölgəsidir. 1977-ci ildə tarixi yerlərin milli reyestrinə daxil edildi. Buraya ayrıca qeydiyyata alınmış tarixi yer və ABŞ-nin milli tarixi məkanı olan Alamo daxildir. Alamo Plazanın düzeni və abadlaşdırılması 19-cu əsrin sonlarında şəhər bələdiyyə üzvü Anton Vulff tərəfindən hazırlanmış və nəzarət edilmişdir. Sahə adından gördüyü işlərə görə yerli iş adamları ona təşəkkür sözləri ilə həkk olunmuş qızıldan hazırlanmış gəzinti çubuğunu təqdim etmişdilər.
Pera Plazada gecə yarısı (serial, 2022)
Pera Plazada gecə yarısı (türk. Pera Palas'ta Gece Yarısı) — 3 mart 2022-ci ildə Netflix platformunda yayımlanan türk serialı. Serial Çarlz Kinqin "Pera Plazada gecə yarısı" kitabına əsaslanır.