polivinil

polivinil
polivariantlılıq
polivinil-asetal 2021
OBASTAN VİKİ
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
Polivinil xlorid
Polivinil xlorid (PVX) hazırda istehsal həcminə və tətbiq sahələrinə görə geniş yayılmış sintetik polimerlər sırasına daxildir. Ondan süni dəri, örtük və kabel-izolyasiya materialları, liflər və s. istehsal olunur. PVX əsasən, vinilxloridin emulsiyada və suspenziyada perosid inisiatorları iştirakı ilə 4-12 MPa təzyiqdə və 30-700-də polimerləşdirilməsi yolu ilə alınır. Alınan polimer "baş-ayaq" birləşməyə uyğun quruluşa malik olur. PVX narın toz halındadır. Nisbətən aşağı molekul kütləli PVX asetonda, mürəkkəb efirlərdə, xlorlaşmış karbohidrogenlərdə həll olur. Daha yüksək molekul kütləli PVX isə tsikloheksanda, dimetilformamiddə, tetrahidrofuranda, dioksanda yaxşı həll olur. Polivinil xlorid polietilendən sonra məişətdə ən geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s.
Polivinilpiridinlər
=== Alınması === Polivinilpiridinlər arasında ən çox praktiki əhəmiyyətə malik olanları 2-vinilpiridin,4-vinilpiridin və 2,5-metilvinilpiridinlərdir. Poli-4-vinilpiridini ampulada 10-4 tor vakuumda monomerin 30%-li toluol məhluluna kütləsinin 1%-i qədər izopropilbenzol hidroperoksidini əlavə etməklə polimerləşməsi yolu ilə alırlar.Ampulanı 600C-də 8 saaat ərzində qızdırırlar.Alınmış polimerlər toluol məhlulundan ağ və sarımtıl lopalar şəklində çökdürülür.Ayrılmış polimeri metanolda həll edib artıq miqdarda götürülmüş dietil efiri ilə çökdürürlər. Sabit çəki alınana qədər 400C-də vakuum altında qurudurlar. Alınmış poli-4-vinilpiridin nümunələrini qismən kvaternizasiya edirlər. Qatılığı 1q/100ml olan poli-4-vinilpiridinin metanoldakı məhlulunu 600C-yə qədər qızdırırlar və ora həll olmuş poli-4-vinilpiridinin 10-60% miqdarında benzilxlorid əlavə edirlər. 6 saat qarışdırmaqla müxtəlif dərəcədə kvaternizə olunmuş poli-4-vinilpiridin nümunələri alınır. Kvaternizə olunmuş polimeri 0,1n NH4OH ilə çökdürürlər.Benzilxloridin artığını dietil efiri ilə yuyurlar və 400C-də sabit çəki alınana qədər vakuumda qurudurlar. Kvaternizasiya reaksiyasına daxil olan piridin funksional qruplarının miqdarını İQ-spektroskopiya metodu ilə təyin edirlər. Fiziki-kimyəvi xassələri. Poli-4-vinilpiridin ağ, bərk amorf maddədir.