pompadurluq
pompon
OBASTAN VİKİ
Pompelmus
Pompelmus (lat. Citrus grandis) — sədokimilər fəsiləsinin sitrus cinsinə aid bitki növü. == Ümumi yayılması == Cənubi Çin, Tailand, Tayvan, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya,Taiti adalarında və İsraildə, az miqdarda ABŞ-da (Kaliforniyada) becərilir. == Botaniki təsviri == Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirə malik həmişəyaşıl ağacdır. Yarpaqları iridir. Çiçəkləri ağ, diametri 3-7 sm-dir, tək və ya 2-10 ədədi topa şəklində çiçək qrupunda yerləşir. Meyvəsinin diametri 30 sm-ə çatır, qalın qabıqla örtülür, codtəhər arakəsmə ilə iri hissələrə bölünür, hər hissənin içərisində toxumları olur. Yetişmiş meyvələrin rəngi-açıq yaşıldan sarıyadək dəyişilir, ölcülərinə görə qreypfrutdan iridir, elastik liflərlə fərqlənir. Pomelonun meyvəsi sitruskimilərin arasında ən iridir. Qabığı əsasən qalındır.