pompelmus
pompul
OBASTAN VİKİ
Pomponi Mela
Pomponi Mela (təq. 15, Alhesiras[d], Əndəlüs – I əsr, Roma) — Roma coğrafiyaşünası, tarixçi (1 əsrin 1-ci yarısı). Latın dilində yazılmış 3 kitabdan ibarət "Yerin təsviri" əsərinin müəllifidir. Qədim yunan müəlliflərinin əsərlərindən istifadə yolu ilə yazılmış bu əsərdə o dövrdə romalılara məlum olan ölkələr, xalqlar və s., habelə Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, bəzi tayfaları, Xəzər dənizi, Pirallahı adası və s. haqqında da məlumat verilmişdir.