pozma-qara
pozmaq
OBASTAN VİKİ
Qaraçı
== Xalq ==
Qaraçı (Xaçmaz)
Qaraçı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kənddə yaşayanların sayı 785 nəfər olmaqla, azərbaycanlılardan ibarətdir. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaraçı (dəqiqləşdirmə)
== Xalq ==
Qaraçı (titul)
Qaraçı — XV–XVIII əsrlərdə türk xalqları arasında ən ali feodal titullardan biri. Bu, Yaxın Şərq və Orta Şərqdə işlədilən vəzir titulu ilə eynidir. "Qaraçı" titulundan Krım xanlığında, Sibir xanlığında, Böyük Noqay Ordasında, Qazan xanlığında və digər dövlətlərdə istifadə edilirdi."Qaraçı" ünvanı, adətən, Şirin, Barğın, Arğın və Qıpçaq tayfalarının adamlarına verilirdi. Bu dörd tayfa Krım xanlığının idarə olunmasında iştirak edən və Çingiz xanın soyundan gəlməyən əsas tayfalar idi. == Etimologiyası == Bəzi mənbələrə görə, Çingiz xan və bir çox qardaşları “Qaraça, Qara Tatar, Xaraçın” alt qrupundan idilər. Bu ad həm də Çingizlə bağlı ifadədən götürülüb. == Mədəniyyətdə == Tatar xalqında belə bir məsəl var: “Ağıllı qaraçı ağıllı insanı xan edər”. == Həmçinin bax == Bəylərbəyi == Ədəbiyyat == Новосельский А. А. «Борьба Московского государства с татарами в XVII веке», Москва 1948 Скрынников Р. Г. «Ермак», Москва 2008.Шамильоглу Ю. «Карачи-беи» (сборник «Из истории Золотой Орды, Казань, 1993, с.
Qaraçı bayrağı
Qaraçı bayrağı (rom. O styago le romengo) — Qaraçıların milli bayrağı. 1971-ci ildə Londonda keçirilmiş Birinci Ümumdünya Qaraçı Konqresində qəbul olunub. Bayraq iki hissəyə bölünüb. Yuxarı göy hissə səmanı, aşağı yaşıl hissə isə torpağı simvolizə edir. Bayrağın mərkəzindəki çakra (təkər) isə qaraçıların hind-ari əsilli olduqlarını bildirir (bənzər çakra Hindistanın bayrağında da var).
Qaraçı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaraçı dili
Qaraçı dili və ya Roman dili — qaraçılar danışan dildir. Qaraçıların yaşadığı bütün ölkələrdə danışılır, ancaq bölgədən bölgəyə çox ətraflı dəyişənlik göstərir və bir çox qaraçı bu dili unudub yaşadıqları ölkənin dilini danışmağa başlamışdır. Bu dil Hind-Avropa dillərinə mənsubdur və Qaraçılar Hindistan mənşəli olduğu üçün hind dilləri ilə yaxından qohumdur. == Azərbaycanda == Kerope Patkanov öz essesində roman dilləri arasında ayrıca bir qol olan, Azərbaycan qaraçılarının danışdığı, Avropa və Asiya qaraçıları tərəfindən başa düşülməyən "qaraçı dili"ndə yüzdən çox ifadəni sənədləşdirmişdir. Qaraçı dilində olan ifadələr: — Salamalikim baro, kefoy kıbra? — Salam, qardaş, necəsən? — Kasta maşqul astoy? — Nə edirsiniz? — Ma dom astum! — Mən qaraçıyam!
Qaraçı holokostu
Porajmos, Qaraçı holokostu, Qaraçı soyqırımı (rom. Porajmos; mənası – azərb. Dağıdılma‎), Parrayimos (rom. Porajmos; mənası – azərb. "Kəsmək" , "Parçalamaq" , "Dağıtmaq"‎) və ya Samudaripen (azərb. kütləvi qətliam‎) — İkinci Dünya müharibəsi dövründə Nasist Almaniyası tərəfindən Şərqi Avropa ərazisində yaşayan qaraçı xalqına qarşı sistematik şəkildə həyata keçirilmiş soyqırım aktı. 1935-ci ilin 26 noyabr tarixində Nürnberq qanunları olaraq tanınan, Avropada yaşayan etnik alman və yəhudi xalqlarının sinifləndirildiyi qanunlara yeni əlavələr edilmiş və bununla da qaraçılar irqin təməllərini sarsıdan düşmənlər olaraq təsinfatlandırılmışdır. Bu dəyişikliklərlə Üçüncü Reyxin gözündə qaraçı ilə yəhudilərin eyni tərəzidə olduğu və aralında heç bir fərqin qoyulmadığı mesajı verilmişdir. Bu səbəbdəndir ki, Holokost soyqırımının gedişatında etnik qaraçıların qətliamlarına da, rast gəlmək mümkündür. Holokost ilə Poraymos tarixi bir-birilə sıx bağlıdır.
Qaraçı karvansarası
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı karvansarayı
Qaraçı karvansarası — Abşeron rayonunun Səgəçal qəsəbəsi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. == Tarix == Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarası istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaçırı burada məskən saldıqlarından yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıb.Mənbələrdə isə abidə Miəcik karvansarası adlanır.Karvansarada qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat binaları var. Qaraçı karvansarası əhəng daşından tikilib. Karvansaranın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah (1524-1535) olduğunu söyləmək olar.
Qaraçı Bulaq (Çaldıran)
Qaraçı Bulaq (fars. قره چي بلاغ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (19 ailə).
Ümumdünya Qaraçı Konqresi
Ümumdünya Qaraçılar Konqresi - Dünyadakı qaraçılara aid məsələlərin müzakirəsi üçün keçirilən forumdur. == Birinci Ümumdünya Qaraçı Konqresi == 1971-ci ildə Böyük Britaniyada, London yaxınlığında keçirilib. Burada qaraçılar bayrağı, himni qəbul olunub. Onların himni "Qelem, Qelem" adlanır.
Qaraçı-i Mədən (Culfa)
Qaraçı-i Mədən (fars. قره چي معدن‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (10 ailə).
Qaraçı-i Süfla (Meşkinşəhr)
Qaraçı-i Süfla (fars. قره چي سفلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (54 ailə).
Qaraçı-i Ülya (Meşkinşəhr)
Qaraçı-i Ülya (fars. قره چي عليا‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 306 nəfər yaşayır (70 ailə).
всего́ гра́мотник просветля́ться сти́скивать у́зел холу́йствовать анома́льщик гаоля́н дрожмя́ ислами́стский клей масшта́бность процвета́ть станкострое́ние удружи́ть моржан олябка angelology Gyanja gymnasiarch irrelevance red chalk изрезать самокритика спортивный