PP

Protection Profile Mühafizə profili
POSIX
PPL
OBASTAN VİKİ
PPD-40
PPD-40 (rus. Пистолет-пулемёт Дегтярёва) - sovet istehsalı olan bir avtomatik silahdır. Silah Vasili Degtyaryov tərəfindən 1934-cü ildə tərtib edilmiş və ənənəvi taxta qundağa və çoxlu atış seçiminə sahib idi. Əsasən İkinci Dünya Müharibəsi dövründə istifadə edilmiş və yerini sonralar PPŞ-41 ilə əvəz olunmuşdur. Bəslənmə sistemi 20 mərmilik maqazin və ya 71 mərmilik dairəvi maqazindir. Lülə uzunluğu 273 mm, atış sürəti dəqiqədə 800-1000 mərmi, mərminin çıxış sürəti 490 m/s, effektiv mənzili 200 m təşkil edir.
PPSB
PPSB (Protrombin kompleksi konsentratı) — tərkibində II, VII, X, IX laxtalanma faktorları olan qan zərdabı məhsulu olan dərman preparatıdır. II laxtalanma faktoru — protrombin faktoru VII laxtalanma faktoru — prokonvertin faktoru X laxtalanma faktoru — Stüart Prouer faktoru IX laxtalanma faktoru — hemofiliya əleyhinə B qlobulin yaxud Kristmas faktoru Quick göstəricisi bu və digər səbəblərdən aşağı olan zaman: Kumarin preparatları qəbul edənlərdə bu və digər səbəblərdən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda; K vitamini çatışmazlığı səbəbindən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda; Qaraciyər çatışmazlığı səbəbindən baş verən yaxud gözlənilən (cərrahi əməliyyat öncəsi) qanaxmalarda. DİK (ing. Disseminated intravascular coagulation) sindromunda (Dağınıq damar daxili koaqulopatiya) ; Hepaindən asılı trombositopeniyalarda.
PPŞ-41
PPŞ-41 — 1940-cı ildə konstruktor Georgi Şpaqin tərəfindən ixtira edilmiş və 21 dekabr 1941-ci ildə Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilmiş SSRİ pistolet-pulemyotu. İstehsalı son dərəcə asan olan bu avtomatdan gündə 3 min ədəd istehsal edilib. PPŞ-41-in istehsalı eyni zamanda Bakı da daxil olmaqla bir sıra SSRİ şəhərlərində həyata keçirilib. 1941-ci ildə istehsal xərcləri daha yüksək olan PPD-40-ın əvəzinə istehsal edilməyə başlanmışdır. PPŞ-41 İkinci dünya müharibəsinin ən məşhur silahı idi. Müharibə illəri ərzində bu silahdan 5–6 milyon ədəd buraxıldığı zənn edilir. Müharibədən sonrakı illərdə, silah Çində kopyalanmış və Koreya yarımadasındakı müharibə zamanı Çin quru qoşunlarının əsas döyüş silahı olmuşdur. 1980-ci illərdə isə silahdan Livan və Afrikada geniş istifadə edilmişdir. Zəif qaytarma gücünə və 150 metrə qədər dəqiq nişangah məsafəsinə malik olan PPŞ-41, istismar zamanı yüksək etibarlılığı ilə fərqlənir. Silahın lüləsini korroziyadan qorumaq üçün xüsusi xrom örtüyündən istifadə edilmişdir.