prayd

prayd
pravoslavlıq
praym-taym
OBASTAN VİKİ
Gey prayd
Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür. Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade) və prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir.
Prayd təmizləməsi
Prayd təmizləməsi (ing. Pride's Purge) — İngilis inqilabı zamanı bir hadisədir, bu müddət ərzində polkovnik Tomas Prayd komandanlığı altında parlament ordusunun bir dəstəsi ölkədə kral hakimiyyətinin qorunmasını müdafiə edən presviterian deputatlarını İcmalar palatasından qovdu. Prayd təmizləməsi, mahiyyət etibarı ilə, dövlət çevrilişi idi, nəticədə İngiltərədə hakimiyyət respublikapərəst independentlərə keçdi. 1648-ci ildə kral I Karl əsir düşdü və hərbi əməliyyatlar demək olar ki, dayandırıldı. Uzunmüddətli parlament bərpa edilmiş kralın idarə edə biləcəyi bir sıra şərtlər hazırladı. Levellerlər və ordu, kompromis tapmaq səylərinə və Karlın məhkəməsi tələblərinə etiraz edən ərizələr təqdim etdi, Parlament bunu rədd etdi. Kralın parlamentin tələblərinə verdiyi cavablar Presviterianların ümid etdiyindən çox uzaq oldu. Lakin 5 dekabr 1648-ci ildə onlar məqbul elan edildi (lehinə 129, əleyhinə 83 səs). Английская буржуазная революция XVII века. Т. 1.
İzmir prayd-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər. Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.