Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı — Sakit okeanda, Filippin adalarında yerləşən milli park. YUNESKO-nun Dünya irsi siyahısındadır.
Puerto-Prinsesa Yeraltı Çayı Milli Parkı 8,2 km-lik uzunluğu ilə mağaranın içlərinə doğru uzan və qayıqların gedə bildiyi yeraltı çay olan Puerto-Prinsesa çayı ilə məşhurdur. Çayın diqqətə çarpan xüsusiyyəti Cənubi Çin dənizinə birbaşa axmazdan əvvəl mağaradan keçməsidir. Mağarada bir çox möhtəşəm quruluş var. Çayın alt hissəsi isə briz təsiri altındadır. Bu yeraltı çay dünyanın ən uzun yeraltı çayı olması ilə məşhurdur.
Bu milli park biomüxtəlifliyin qorunması üçün əhəmiyyətli bir bölgədir. Ərazinin tam bir hissəsi dağ-çay ekosisteminə daxildir və Asiyadakı ən əhəmiyyətli meşələrdən bəzilərinə malikdir.
2012-ci ildə aparılan səsvermədən sonra milli parkdakı Puerto-Prinsesa yeraltı çayı Dünyanın Yeni Yeddi Təbii Möcüzəsindən biri seçilmişdir.