Profanasiya (din)
Profanasiya — müqəddəs sayılan şeylərə hörmətsizlik. Bu, ruhlandırıcı və ya ehtirama layiq hər hansı bir şeyi, həmçinin oxşar hörmətsizlik göstərən və ya dini təhqirə səbəb olan davranışı nəzərdə tutur.
Emil Dürkheym müqəddəslik və profanasiya arasındakı fərqi insan dininin sosial reallığının mərkəzi hesab edirdi.
Müqəddəslik–profanasiya dixotomiyası 1912-ci ildə Fransasosioloqu Emil Dürkheym tərəfindən irəli sürülən bir konsepsiyadır. O, bunu dinin əsas xüsusiyyəti hesab edirdi: "Din müqəddəs şeylərə, yəni ayırılan və qadağan edilən şeylərə münasibətdə vahid inanc və əməllər sistemidir". Dürkheymin nəzəriyyəsində müqəddəs olan hansısa qrupun maraqlarını, xüsusən də müqəddəs qrup simvollarında və ya totemlərdə təcəssüm olunmuş birliyi təmsil edir. Profanasiya sekulyar fərdi narahatlıqları özündə birləşdirir. Dürkheym açıq şəkildə qeyd etmişdir ki, müqəddəslik–profanasiya dixotomiyası xeyir və şər ilə eyni deyil, çünki müqəddəslik ya xeyir və ya şəri təmsil edə, həm də profanasiyanı təşkil edə bilər. Dürkheym bu dixotomiyanın bütün dinlər və kultlar üçün universal olması iddiası Britaniya antropoloqu Cek Qudi kimi alimlər tərəfindən tənqid edilmişdir.
Profanasiyadan ibarət dünya insanların hisləri ilə bildiyi hər şeydən ibarətdir.