PROTOPOP

bax protoierey.
PROTOİEREY
PROVİDENSİALİZM
OBASTAN VİKİ
Serafim Protopopov
Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu. Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur. 1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. 1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir. 4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir.