psilofit

psilofit
psixrometr
psilofitlər
OBASTAN VİKİ
Psilofitkimilər
Psilofitkimilər (lat. Psilotopsida) torpaq üzərində yaşayan mamırların, ali bitkilərin daha ibtidai və bəsit quruluşlu nümayəndələridir. Həmin sinifdən ancaq psilofitlər (Psilophytales) sırası vardır. Onlar silur, alt devon və orta devon dövrlərində yaşamışdır və bir sıra bitkilər bunlardan əmələ gəlmişdir. Həmin mamırlardan bir çoxunun kökü və yarpaqları yoxdur. Gövdələri qarşı-qarşıya haçalanmışdır, bəzilərində qıl kimi yarpaqlar vardır. Psilofitlər sırasına aşağıdakı cinslər daxildir: riniya (Rhynia) hornea (Hornea), psilofit (Psiliphyton) asteroksilon (Asteroxylon).
Psilofitlər
Psilofitlər, əvvəlcədən başqa yerdə yerləşdirilən bir sıra sönmüş bitkiləri təsnif etmək üçün istifadə edilmiş köhnəlmiş bir sinifdir. Psilofitlər sırasına aşağıdakı cinslər daxildir: riniya (Rhynia) horneya (Hornea), psilofit (Psilophyton) asteroksilon (Asteroxylon) Riniya morfoloji və anatomik quruluşca çox sadə olan 10-30 sm hündürlükdə və 5 mm yuğunluqda xırda bitki imiş. torpağın altında üfüqi vəziyyətdə uzanan kökümsov gövdəsi və qarşı-qarşıya haçalanan yerüstü gövdəsi var imiş. Psilofitlərin qametofitləri tapılmadığından, onlarda nəsil növbələşməsi haqqında məlumat vermək çətindir. Lakin psilofitkimilər sinfinin psilotlar (Psilotales) sırasına mənsub olan psilot (Psilotum) cinsində hametofit bəzi məsələləri aydınlaşdırmağa kömək etmişdir.