psixoloji
psixoloqluq
OBASTAN VİKİ
Psixoloq
Psixologiya (q.yun. ψυχή — ruh, ruhi aləm; λόγος — bilik, öyrənmək, elm; köhnə Azərbaycandilli mənbələrdə ruhiyyat, az-əbcəd. روحيات‎) — canlı varlıqların psixikasını, psixi və ruhi fəaliyyətinin prosesini öyrənən elm. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya –psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb və çoxcəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir. Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur.
Məmmədəli Məhərrəmov (psixoloq)
Məmmədəli Məhərrəmov (1909-1970) — azərbaycan psixoloqu. Psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. 1964-cü ildə M.Məhərrəmovun redaktorluğu ilə nəşr olunan «Psixologiya» dərsliyi mühüm bir hadisə kimi tarixdə qalmışdır. Prof.M.C.Məhərrəmov «Azərbaycan məktəbi» jurnalında silsilə məqalələr çap etdirmişdir. Onun bu məqalələri hafizə, iradə, hiss, temperament və qabiliyyətlərin tərbiyəsi və inkişafı məsələlrinə həsr olunmuşdur. Prof.M.C.Məhərrəmovun pedaqoji psixologiyaya aid maraqla oxunan əsərlərindən biri « Yaxşı oxumağın sirri» (B., 1961) adlanır. Əsər orta məktəbin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.
Amerikan Psixoloqlar Birliyi
Amerikan Psixoloqlar Birliyi (APB) ing. American Psychological Association — ABŞ-nin ən böyük elmi və profissional psixoloqlar birliyidir. Birliyin 118 mindən çox üzvü var. Bunlara alimlər, müəllimlər, klinisyenlər, konsultantlar və tələbələr daxildir. APB-in illik büdcəsi təxminən 115 milyon amerika dollarıdır. APB-in 54 bölməsi var. Bu bölmələrin hər biri psixologiyanın xüsusi alt sahələri ilə məşğuldur.
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası
Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası (ing. European Federation of Psychology Students' Associations və ya qısaca EFPSA) — Avropa üzrə psixologiya assosiasiyaları tələbələrindən ibarət qeyri-hökumət tələbə təşkilatıdır. == Yaranması == Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası 1987-ci ildə Portuqaliyada yaranıb. EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. EFPSA-nın hər il keçirilən ənənəvi və ən böyük tədbiri illik konqresdir. İllik konqresə EFPSA-ya üzv olan 33 ölkədən 400-ə qədər gənc psixoloqlar və professor müəllim heyəti qatılır. == Azərbaycan və Avropada Tələbə Psixoloqlar Assosiasiyaları Federasiyası == Bu günə qədər təxminən 30-dan çox azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak edib.

Значение слова в других словарях