“Put-Koll” pariteti

Put-call parity Eyni xüsusiyyətlərə (eyni istifadə qiyməti və müddət) malik “Koll” və “Put” opsionları arasında münasibət. Bu münasibət Avropa opsionları (və ya son istifadə tarixindən əvvəl istifadə olunmayan Amerikan opsionları) üçün düzdür və bu münasibətin pozulması arbitraj imkanları yaradır. C + PV(X) = P + S C – “Koll” opsion P – “Put” opsion PV(X) – istifadə qiymətinin cari dəyəri S – səhmin qiyməti.
“Put-koll” nisbəti
“Put” opsionu
OBASTAN VİKİ
Put-opsion
Çarli Put
Çarli Put (2 dekabr 1991) — ABŞ- müğənnisi. Öz məşhurluğunu YouTubeda qazanmışdır. Ən yaxşı çıxışını Forsaj 7 filminin sinqlları arasında yer tutan Pol Volkerə həsr olunmuş See You Again ilə əldə etmişdir. Sinql beynəlxalq uğur da əldə etmişdir. Avstraliya, Belçika, İsveç, Kanada, Almaniya, İtaliya, İsveçrə və ABŞ-də bir nömrə olmuşdur.
Alıcılıq qabiliyyəti pariteti
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır. İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
Faiz dərəcəsi pariteti
Faiz dərəcəsi pariteti (ing. interest rate parity), və ya faiz pariteti — qeyri-arbitraj şərti, investorların iki fərqli ölkədə faizlə bank depozitlərini eyni dərəcədə cəlbedici qəbul etdikləri, yəni bu investisiyalar arasında laqeyd olduqları bir tarazlıq vəziyyətidir. Bu şərtə əməl edilməməsi investorlara açıq faiz arbitrajından qazanc əldə etməyə imkan verir. Paritet konsepsiyası iki fərziyyəyə əsaslanır: kapitalın hərəkətliliyi və daxili və xarici aktivlərin mükəmməl dəyişdirilməsi. Valyuta bazarı tarazlıqda olarsa, faiz dərəcəsi pariteti daxili aktivlər üzrə gözlənilən gəlirin məzənnəyə uyğunlaşdırılmış valyuta aktivlərinin gəlirinə bərabər olacağını nəzərdə tutur. Nəticə etibarı ilə investorlar aşağı faizli ölkədə borc götürərək, onları ikinci ölkənin valyutasına çevirərək, ikinci ölkənin banklarına daha yüksək faizlə investisiya yatırmaqla arbitraj edə bilməyəcəklər. Kredit müddətinin sonunda vəsaitlərin ilkin valyutaya köçürülməsi zamanı itkilər (və ya əksinə, mənfəət) səbəbindən bu mümkün deyil. Faiz dərəcəsi pariteti iki formada ifadə edilir: örtülməmiş (İngilis dili açıq) və örtülmüş (İngilis dili örtülü). Birinci halda investorlar valyuta riskini, yəni məzənnənin gözlənilməz dəyişməsi riskini aradan qaldırmağa çalışmırlar. Təhlükəli paritet valyuta mübadiləsi üçün forvard müqavilələrinin bağlanmasından yaranır.