Python (proqramlaşdırma dili)
Python dili – interpretasiya olunan, yüksək səviyyəli və ümumi-məqsədli proqramlaşdırma dili. 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin dizayn fəlsəfəsi boşluqlardan istifadə edərək kod oxunaqlılığını vurğulayır. Bu dilin məqsədi onun dil quruluşu və obyekt-yönümlülüyü ilə proqramçılara xırda və iri həcimli layihələrdə aydın, məntiqli kod yazmağa kömək etməkdir.
Python dinamik yazıla bilən və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Müxtəlif proqramlaşdırma paradiqmalarını dəstəkləyir, buna daxildir strukturlu (qismən, prosedurlu), obyekt-yönümlü və funksional proqramlaşdırma paradiqmaları. Onun geniş standart kitabxanası olduğuna görə Pythona "bataryaları daxildir" də deyilir.
Python 1980-ci illərin sonlarında ABC dilinin davamçısı olaraq yaradıldı. Python 2.0 2000-ci ildə təqdim edildi, o özü ilə birlikdə siyahı anlama və zibil toplayıcı sistemlə birgə referans sayıcı xüsusiyyətlərini gətirdi.
Python 3.0 2008-ci ildə təqdim edildi, o dilin böyük reviziyası olduğundan onun əvvələ-uyğunluğu tam deyil və bir çox Python 2 kodu dəyişikliyə ehtiyac olmadan Python 3-də işləyə bilmir.