Karin-Pəhləvilər
Karin-Pəhləvilər (pəhl. Kārēn-Pahlaw) və ya Karin sülaləsi (pəhl. Kārēn; parf 𐭊𐭓𐭍𐭉, Karen; fars. کارن, Karin) — Parfiya və Sasani imperiyalarının hakimiyyəti dövründə İranın Yeddi Böyük Evindən biri. Sülalənin iqamətgahı Ekbatandan (indiki Həmədan, İran) təxminən 65 km cənubda yerləşən Nəhavənddə idi. Karin-Pəhləvilərin üzvləri Sasani imperiyasının dörd əsrlik tarixinin müxtəlif dövrlərində onun inzibati strukturunda diqqətəlayiq rütbələrə malik idilər.
== Mənşəyi ==
Karin-Pəhləvilər Karinvənd sülaləsi də adlanmışdır. Onlar özlərinin folklor fiquru və eyni dərəcədə mifik Dəmirçi Kavenin oğlu Karindən törədiyini iddia etmişdilər. Onların tarixi mənşəyi ola bilər ki, Arsakların nəslindəndirlər.
== Spahbedləri ==
Suxra (525–550-ci illər)
Karin (550–600-cü illər)
Alanda (600–635-ci illər)
Valaş (650–673-cü illər)
Bir neçə Karen şahzadəsi (673–765)
Vandad Hormozd (765–815-ci illər)
Vəndad Səfan (765–800-cü illər)
Karin ibn Vandad Hormozd (815–816)
Məzyar (817-ci il)
Vinda-Ümid (800–820-ci illər)
Bəvənd hakimiyyəti (817-ci il)
Quhyar (817–823-cü illər)
Məzyar (h.