qızılboğaz

qızılboğaz
qızılbəndli
qızılboya
OBASTAN VİKİ
Qızılboğaz dağı
Qızılboğaz dağı (Babək) — Azərbaycanın Babək rayonu ərazisində dağ. Qızılboğaz dağı (Laçın) — Azərbaycanın Laçın rayonu ərazisində dağ. Qızılboğaz dağları (tirə) — Babək rayonu ərazisində alçaq dağlıq tirə.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.
Qızılboğaz dağı (Babək)
Qızılboğaz dağı — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvançayin sol sahilində yerləşir. Konusvari formadadır (hünd. 1179,7 m). Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin ucqar şimal-qərb suayırıcı zirvəsi. Naxçıvançayın sol sahilində Xalxal kəndindən 1 km-dək şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olumuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahını hüdudlandıran Naxçıvan dərinlik qırılmasının düşmüş qanadında yerləşir.
Qızılboğaz dağı (Laçın)
Qızılboğaz dağı — Laçın rayonu ərazisində dağ. Dağ Laçın rayonu ərazisinin qərb hissəsində, Ermənistanla sərhəddə dağ. Qarabağ yaylasındadır. Hündürlüyü 3584 m. Toponimin tərkibindəki qızıl sözü rəng bildirir (“qırmızımtıl” mənasındadır), boğaz isə burada “keçid”, “dağ keçidi” mənasındadır. Oronim “süxurları qızılı (qırmızı) rəngdə olan keçid” deməkdir.

Значение слова в других словарях