qalaktik

qalaktik
qalaksit
qalaktika
OBASTAN VİKİ
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Qalaktik il
Qalaktik il və ya kosmik il — Günəş sisteminin Süd yolu ətrafında tam bir dövrə vurması üçün lazım olan vaxt. Bir Qalaktik il təxminən 225–250 milyon Yer ilinə bərabərdir. Günəş sistemi Süd yolu qalaktikası ətrafında 828.000 km/saat sürətlə hərəkət edir. Qalaktik il kosmik və geoloji zaman dövrlərinin başa düşülən olması üçün istifadə olur. Geoloji hadisələr arasındakı zaman fərqinin başa düşülməsində milyard il şkalası mane olur. Qeyd: Aşağıda Gİ 225 milyon il olaraq götürülmüşdür. 1 Gİ sonra: Superqitənin yaranması 2–3 Gİ sonra: Ayın Yerdən uzaqlaşması, Günəş tutulmasının baş verməməsi. 6 Gİ sonra: Günəşin istiliyinin artmağa başlaması. 22 Gİ sonra: Andromeda ilə Süd yolu qalaktikalarının toqquşması. 25 Gİ sonra: Günəşin partlaması.
Qalaktik koordinatlar
Fəza koordinat sistemi və ya plan koordinat sistemi Göy sferasını qalaktika ekvatoruna ən yaxın olan böyük dairə boyunca kəsən müstəviyə nəzərən cismin vəziyyətini təyin edir. Qalaktik uzunluq qalaktika ekvatoru ilə göy ekvatorunun kəsişmə nöqtəsindən göy ekvatoru ilə böyük dairənin kəsişmə nöqtəsinədək olan qövslə, qalaktik enlik isə göy cisminə doğru istiqamətlə qalaktika ekvatoru müstəvisi arasındakı bucaqla təyin olunur.
Qalaktik koordinat sistemi
Qalaktik koordinat sistemi göy koordinat sistemidir, Günəş kimi onun mərkəzidir. Qalaktik koordinat sistemində əsas müstəvi olaraq bizim daxil olduğumuz ulduz sisteminin — Qalaktikanın müstəvisi qəbul olunmuşdur. Qalaktika müstəvisinin göy sferi ilə kəsişdiyi böyük göy dairəsinə qalaktik ekvator deyilir. Qalaktika müstəvisi ekvator müstəvisi ilə 62°.6-lik bucaq əmələ gətirir. Qalaktika müstəvisinə perpendikulyar olan və dünyanın mərkəzindən keçən xəttə Qalaktikanın oxu deyilir. Qalaktikanın oxu iki nöqtədə göy meridianını kəsir. Bu kəsişmə nöqtələrindən dünyanın şimal qütbünə yaxın olan Qalaktikanın şimal qütbü L, dünyanın cənub qütbünə yaxın olan isə Qalaktikanın cənub qütbü L′ adlanır. Qalaktikanın qütblərindən və verilmiş göy cismindən keçən böyük göy yarımdairəsinə qalaktik enlik dairəsi deyilir. Qalaktik ekvator boyunca C Qalaktika mərkəzindən verilmiş göy cisminin qalaktik enlik dairəsinə qədər olan qövsün uzunluğuna qalaktik uzunluq l deyilir. l= ᑌCK Qalaktik uzunluq 0°- 360° arasında qiymətlər ala bilər.
Qalaktik imperiya (Ulduz müharibələri)
Qalaktik imperiya (ing. Galactic Empire) — "Ulduz müharibələri" franşizasında qalaktik super güc. Bu, jedilerin onu tutmaq və vəzifəsindən uzaqlaşdırmaq cəhdindən sonra Qalaktik respublikanın Ali Kansleri Sheev Palpatine tərəfindən rəsmi olaraq elan edilmiş, Palpatine ardınca jedi ordenini məhv etmişdir. 25 min il davam edən qalaktik respublikanın özü bir müddət davam edən siyasi xaos və dağıdıcı Klon müharibələrindən sonra faktiki olaraq yoxa çıxmışdı. Ali Kansler Palpatine Utapau döyüşündə Obi-Wan Kenobinin General Qrivus üzərində qələbəsindən sonra, Müstəqil Sistemlər Konfederasiyasının liderlərinin Darth Vader tərəfindən qətlə öldürülməsi zamanı özünü Qalaktik imperator elan etmiş və Qalaktik respublikanı Qalaktik imperiyaya çevirmişdir. Bəzi mənbələr Qalaktik respublikanın əsasında yaranan Qalaktik imperiya ilə Roma Respublikası əsasında yaranan Roma imperiyası arasında paralellər müşahidə edir. Bunun Napoleon Bonapart tərəfindən Birinci Fransa Respublikasının Birinci Fransa imperiyasına çevrilməsi ilə də oxşar cəhətlər var. Həmçinin, respublikanın imperiyaya çevrilməsi ABŞ-nin yaxın tarixinin bəzi epizodları ilə müqayisə edilir. Bəziləri hesab edir ki, Şev Palpatinin hakimiyyətə gəlməsi Almaniyada Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə analoqdur. Galactic Empire — Vukipediya saytında.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Pekulyar qalaktika
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Qalaktika
Qalaktika və ya Kəhkəşan — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qaranlıq materiya sisteminə verilən addır. Qalaktika sözü yunanca "galaxias" (γαλαξίας) sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon (1014) ulduz daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Hər bir ulduz tərkibinə daxil olduğu qalaktikanın kütlə mərkəzi ətrafında dövr edir. Qalaktikalar vizual morfologiyasına görə elliptik, spiral və ya qeyri-müntəzəm olaraq təsnif edilir. Bir çox qalaktikanın mərkəzində ifrat kütləli qara dəliklərin olduğu düşünülür. Süd yolu qalaktikasının mərkəzindəki Sagittarius A* olaraq bilinən qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur. 2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi. 2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların sayı əvvəlki təxmin edilən miqdarda (200 milyard — 2×1011) deyil, təxmini olaraq 2 trilyon (2×1012) və ya daha çoxdur.
Qalaktika mühafizəçiləri
Qalaktika mühafizəçiləri (2008) — Marvel Comics nəşriyyatı tərəfindən 2008-ci ildə yaradılmış kosmik superqəhrəman komandası. Qalaktika mühafizəçiləri (film, 2014) — 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi.
Qalaktika mühafizəçiləri (2008)
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – Marvel Comics nəşriyyatı tərəfindən 2008-ci ildə yaradılmış kosmik superqəhrəman komandası. Komanda Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk üzvləri Ulduz lordu, Reaktiv yenot, Adam Uorlok, Qamora, Dağıdıcı Draks, Kvasar olmuşdur. Qalaktika mühafizəçiləri ilk dəfə "Annihilation: Conquest" komiksinin 6-cı sayında peyda olmuşdur. 2014-cü ildə MKK-ya daxil olan film adaptasiyası çəkilmiş və böyük uğur qazanmışdır. 2017-ci ildə filmin sikveli buraxılmışdır. Qalaktika mühafizəçiləri bu ada sahib 2-ci komandadır. Orijinal komanda 1969-cu ildə Cin Kolan və Arnold Dreyk tərəfindən yaradılmışdır. Hazırkı müasir komanda 2008-ci ilin mayında Den Abnett və Endi Lenninq tərəfindən yaradılmış və ilk dəfə "Annihilation: Conquest" hekayəsində peyda olmuşdur. Başlıq həmçinin "Nova" cild 4 ilə paralel irəliləmişdir (bu komiks də eyni yazıçı və rəssam tərəfindən yazılmışdır).
Qalaktika mühafizəçiləri (film, 2014)
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – eyniadlı Marvel Comics superqəhrəman komandasından bəhs edən 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi. Marvel Studios tərəfindən istehsal olunan film Marvel Kinematoqrafiya Kainatında (MKK) 10-cu filmdir. Ceyms Qannın rejissorluğu və Nikol Perlmanın ssenaristliyi ilə çəkilən filmdə Kris Prett, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli Kuper komanda üzvlərini, Li Peys, Maykl Ruker, Karen Qillan, Cimon Honso, Con Rayli, Qlen Klouz və Benisio del Toro isə digər personajları canlandırırlar. "Qalaktika mühafizəçiləri"ndə Piter Kvill güclü artifaktı oğurlamaq üçün bir qrup yerdənkənar cinayətkar ilə çətin ittifaq qurur. Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir.
Qalaktika mühafizəçiləri 2
Qalaktika mühafizəçiləri 2 (ing. Guardians of the Galaxy Vol. 2 — Marvel Studios tərəfindən hazırlanan, 2017-ci il istehsalı ABŞ super qəhrəman filmi. Film 2014-cü il istehsalı Qalaktika mühafizəçiləri filminin davamıdır və Marvel Kinematoqrafiya Kainatının 15-ci filmidir. Filmin rejissoru James Gunndur. Qalaktika mühafizəçiləri 2-də mühafizəçilər Peter Quill'ə atası haqqında daha çox məlumat əldə etməsinə kömək edir . Chris Pratt , Peter Quill / Star-Lord :Yarısı insan yarısı məxluq olan, Qalaktika mühafizəçilərinin uşaq ikən Dünyadan qaçırılan və Ravagers adlanan quldur və qaçaqçı məxluq icması tərəfindən böyüdülən başçısı. Zoe Saldana , Gamora :Mühafizəçilərin, keçmişdəki cinayətləri üçün tövbə axtaran, xarici dünyadan gələn yetim üzvü. Şəxsi qatili olması üçün Thanos tarafından təlim alıb. Dave Bautista , Yox edici Drax :Ailəsini öldürdüyü üçün Thanosdan intiqam almaq üçün fürsət axtaran, Mühafizəçilərin döyüşçü üzvü.
Qalaktika mühafizəçiləri 2 (film, 2017)

Qalaktika mühafizəçiləri 3 (film, 2023)
Qalaktika mühafizəçiləri 3 (ing. Guardians of Galaxy vol. 3) — Qalaktika mühafizəçiləri film seriyasının üçüncü, Marvel Kinematoqrafiya Kainatının isə 32-ci filmi. Film 5 may 2023-cü ildə işıq üzü görüb.
Qalaktika müstəvisi
Qalaktika müstəvisi, disk şəkilli qalaktikanın kütləsinin əksəriyyətinin özündə saxlayan sahədir. Qalaktika müstəvisinin perpendikulyarları qalaktik qütbləri göstərir. Real halda, qalaktika müstəvisi və qalaktik qütblər terminləri əsasən Yerin aid olduğu Süd Yolu qalaktikasının müstəvisini və qütblərini işarə edir. Bəzi qalaktikalar düzənsizdir və diskşəkilli quruluşa malik deyildir. Süd Yolu kimi spiral qalaktika halında belə, qalaktika müstəvisini müəyyənləşdirmək, ulduzların mükəmməl bir düzülüşü olmadığından bir qədər qeyri-adi və zahiri olur. 1959-cu ildə BAİ Süd Yolu şimal qalaktik qütbünün mövqeyini, R = 12h 49m, Dec = 27 ° 24' B1950 kimi təyin etdi; hazırda istifadə edilən J2000 dövründə, pressesiya nəzərə alındıqdan sonra koordinatlar RA 12h 51m 26.282 s, 27 ° 07 '42".01 kimi təyin olundu. Bu koordinantlar, Arktur parlaq ulduzu yaxınlığında, Veronikanın Saçları bürcündədir və eyni zamanda cənub qalaktik qütbü Heykəltəraş bürcünə uzanır. Qalaktik koordinatların "sıfır uzunluğu" 1959-cu ildə, göy sferinin şimal qütbündən 123° mövqeyində olmaqla müəyyən edilmişdir. Beləliklə, qalaktik ekvatorda yerləşən sıfır uzunluq nöqtəsi 17h 42m 26.603s, −28° 55' 00".445 (B1950) və ya 17h 45m 37.224s, −28° 56' 10".23 (J2000)-dir və onun J2000 mövqeyi açısı 122°.932 -dir. Qalaktik mərkəz, 31,72 ° (B1950) və ya 31,40 ° (J2000) şimal şərq mövqelərində yerləşir.
Qalaktika topası
Qalaktika topası tipik kütləsi 1014–1015 günəş kütləsinə bərabər olan cazibə qüvvəsi ilə bir-birinə bağlı yüzdən minə qədər qalaktikadan ibarət bir strukturdur. Bunlar kainatdakı cazibə qüvvəsi bağlı bilinən ən böyük quruluşlardır və supertopaların kəşf edildiyi 1980-ci illərədək kainatdakı bilinən ən böyük quruluşlar olduğuna inanılırdı. Qalaktika topalarının əsas xüsusiyyətlərindən biri interqalaktik mühitdir (ICM). İnterqalaktik mühiti qalaktikalar arasında qızdırılmış qazdan ibarətdir və topanın ümumi kütləsindən asılı olan 2-15 keV arasında pik temperaturu var. Qalaktika topaları qalaktikalar daxilindəki ulduz quruluşları olan ulduz topaları ilə qarışdırılmamalıdır. Kiçik qalaktikaların cəmi qalaktika topası deyil, qalaktika qrupları adlandırılır. Qalaktika topaları və qrupları yığışaraq supertopalar yarada bilirlər. Qalaktika topaları aşağıdakı xüsusiyyətlərə malikdir: Qlaktika topalarının tərkibində 100-1000 qalaktika, isti rentgen şüası yayan qaz və çox miqdarda qaranlıq maddə var. Üç komponentin paylanması qalaktika topalarında təxminən eynidir eynidır. Kütlələri 1014 - 1015 günəş kütləsinə bərabərdir.
Qalaktika üzrə avtostopla (romanlar seriyası)
Avtostopçunun qalaktika bələdçisi (ing. The Hitchhiker's Guide to the Galaxy) — ingilis yazıçı Duqlas Adams tərəfindən yazılmış altı romandan ibarət seriyadır.
Qalaktikalar
Qalaktika və ya Kəhkəşan — vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qaranlıq materiya sisteminə verilən addır. Qalaktika sözü yunanca "galaxias" (γαλαξίας) sözündən gəlir və mənası "südlü" deməkdir. Qalaktikalar ölçülərinə görə tərkibinə 100 milyon (108) ulduz daxil olan cırtdan qalaktikalardan başlayıb, tərkibinə 100 trilyon (1014) ulduz daxil olan nəhəng qalaktikalara qədər dəyişir. Hər bir ulduz tərkibinə daxil olduğu qalaktikanın kütlə mərkəzi ətrafında dövr edir. Qalaktikalar vizual morfologiyasına görə elliptik, spiral və ya qeyri-müntəzəm olaraq təsnif edilir. Bir çox qalaktikanın mərkəzində ifrat kütləli qara dəliklərin olduğu düşünülür. Süd yolu qalaktikasının mərkəzindəki Sagittarius A* olaraq bilinən qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə çoxdur. 2016-cı ilin mart ayına olan məlumata görə, GN-z11 Yerdən 32 milyard işıq ili məsafədə olan ən qədim və ən uzaqdan müşahidə olunan qalaktikadır. Bu qalaktika böyük partlayışdan 400 milyon il sonra yaranmış kimi müşahidə edilmişdi. 2016-cı ildə yayımlanan bir araşdırmaya görə, müşahidə edilən kaintada qalaktikaların sayı əvvəlki təxmin edilən miqdarda (200 milyard — 2×1011) deyil, təxmini olaraq 2 trilyon (2×1012) və ya daha çoxdur.
Qalaktikaların toqquşması
Qalaktikaların toqquşması — Kainatın qalaktikalar şəklində formalaşmasının ilk mərhələsində qalaktikalar bir-birinə yaxın olmuşdur. Ona görə də, qalaktikaların toqquşması və birləşmələri bu mərhələdə adi hal idi. Qalaktikaların toqquşması, adətən onların spiral qollarının böyüməsinə səbəb olur. Birbaşa toqquşmada qalaktikalar nəhəng bir qalaktikaya da çevrilə bilir. Bizim Günəş sistemimizin daxil olduğu Süd yolu qalaktikası ən yaxın qalaktika qonşumuz olan Andromeda qalaktikası ilə rəqabətdədir. Bir neçə milyard il sonra iki qalaktika bir-biriiilə toqquşub ya daha da böyük qalaktikaya çevriləcək, ya da ulduz tozuna çevriləcək. NASA — ABŞ Aerokomik Araşdırmalar Mərkəzinin bu astronomik hadisə ilə bağlı xüsusi mülahizələri və modelləri vardır. Sağdakı şəkildə bu proses təsvir edilmişdir. Bu təsvirlər NASAnın vizuallaşdırmalarıdır və 7 mlrd il sonra günəş sistemi məhv olacağını iddia edir. Aşağıda şəkildəki səkkiz fraqmentin izahı verilmişdir.
Qalaktikaların çarpışması

Sombrero qalaktika
NGC 4594 və ya Sombrero qalaktikası (Messier obyekti 104, M104), Yeni Baş Kataloqda qeydə alınmış Qız bürcündə yerləşən,Yerdən 9,55 Mpc(31,100,000 i.i.) məsafədə yerləşən spiralqalaktikadır. Qalaktika Meksika şapkasına (sombrero) bənzədiyindən bu cür adlandırılmışdır. Yerdən 28 milyon işıq ili uzaqlıqdadır. Göy üzündə Qız bürcü istiqamətində yerləşir. Spiral tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir. Qalaktikanın diamerti təxminən 15 Kpc-dir. (50 min işıq ili), bu, Süd yolunun 30%-i təşkil edir. Bu qalaktika çox parlaq bir nüvəyə, qeyri-adi böyük bir mərkəzi çıxıntıya və maili diskində nəzərə çarpan toz zolağına malikdir. Qaranlıq toz zolağı və mərkəzdəki çıxıntı bu qalaktikaya sombrero görünüşünü verir.
Spesifik Qalaktikalar
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Qalaktika mühafizəçiləri (film)
Qalaktika mühafizəçiləri (ing. Guardians of the Galaxy) – eyniadlı Marvel Comics superqəhrəman komandasından bəhs edən 2014-cü il istehsalı ABŞ superqəhrəmanlıq filmi. Marvel Studios tərəfindən istehsal olunan film Marvel Kinematoqrafiya Kainatında (MKK) 10-cu filmdir. Ceyms Qannın rejissorluğu və Nikol Perlmanın ssenaristliyi ilə çəkilən filmdə Kris Prett, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli Kuper komanda üzvlərini, Li Peys, Maykl Ruker, Karen Qillan, Cimon Honso, Con Rayli, Qlen Klouz və Benisio del Toro isə digər personajları canlandırırlar. "Qalaktika mühafizəçiləri"ndə Piter Kvill güclü artifaktı oğurlamaq üçün bir qrup yerdənkənar cinayətkar ilə çətin ittifaq qurur. Perlman ssenari üzərində 2009-cu ildə işləməyə başlamışdır. Kevin Fayqi əvvəlcə 2010-cu ildə "Qalaktika mühafizəçiləri"ni potensial film layihəsi kimi anons etmişdir. Marvel Studios film üzərində aktiv işlədiyini isə 2012-ci ilin iyulunda San Diego Comic-Con International tədbirində bildirmişdir. Həmin ilin sentyabrında Qann filmin rejissoru və ssenaristi təyin olunmuşdur. 2013-cü ilin fevralında Prett Piter Kvill / Ulduz lordu rolu üçün seçilmişdir.
Qalaktika mühafizəçiləri 3
Qalaktika mühafizəçiləri 3 (ing. Guardians of Galaxy vol. 3) — Qalaktika mühafizəçiləri film seriyasının üçüncü, Marvel Kinematoqrafiya Kainatının isə 32-ci filmi. Film 5 may 2023-cü ildə işıq üzü görüb.
Avtostopçunun qalaktika bələdçisi
Avtostopçunun qalaktika bələdçisi (ing. The Hitchhiker's Guide to the Galaxy) — ingilis yazıçı Duqlas Adams tərəfindən yazılmış altı romandan ibarət seriyadır.

Значение слова в других словарях