Qalaqurma
Qalaqurma — Şahmat termini
Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti qalaqurma adlanır. Bu, şah üçün bir gediş sayılır. Əgər şah və top qalaqurmaya qədər hərəkət edibsə, onda qalaqurma etmək olmaz.
Qalaqurma aşağıdakı vəziyyətdə müvəqqəti olaraq mümkün deyil:
a) Şahın olduğu xana və ya keçmək istədiyi xana rəqib fiqurunun zərbəsi altındadırsa;
b) Şah və top arasında digər fiqurlar varsa;
c) Şah verilmişsə. Rəqib fiqur şah verdikdə qalaqurma rəqibin şah verməsindən qurtulanadək olarak gerçəkləştirilə bilməz. Əgər şahdan qurtulmaq üçün şah fiqurunun özü hərəkət etmişsə, bu zaman artıq qalaqurma etmək mümkün deyildir.