QAPAQ

I
сущ.
1. крышка. Sandığın qapağı крышка сундука, qutunun qapağı крышка коробки, çaynikin qapağı крышка чайника
2. клапан. Nasos qapağı клапан насоса, qapaq qüsuru мед. порок клапанов, qoruyucu qapaq предохранительный клапан
3. заслонка, заглушка. Soba qapağı заслонка печи
4. коронка. Diş qapağı коронка зуба; göz qapağı веко (мн. веки)
II
прил. мед.
1. клапанный. Qapaq küyləri клапанные шумы
2. коронковый. Qapaq qayçısı коронковые ножницы
QAPAĞAN
QAPAQALTI
OBASTAN VİKİ
Mitral qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Üçtaylı qapaq
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
İkitaylı qapaq
Sol qulaqcıq-mədəcik dəliyi sol qulaqcıq-mədəcik qapağı, ya ikitaylı qapaq (mitral qapaq) — (lat. valva atrioventricularis sinistra s. bicuspidalis (s. mitralis)) ilə və aorta dəliyi aorta qapağı — (lat. valva aortae) ilə tutulmuşdur. İkitaylı qapaq sol qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqadan (lat. anulus fibrosus) başlayaraq vətər telləri vasitəsilə sol mədəciyin ön və yuxarı divarlarında olan məməyəbənzər əzələlərə bağlanmışdır. Bu qapaq iki taydan ibarətdir; ön tay — (lat.cuspis anterior) və arxa tay — (lat.cuspis posterior). Ön tay dal taydan böyükdür və özü də qabaqda və sağ tərəfdə yerləşərək sol qulaqcıq-mədəcik dəliyini aorta dəliyindən ayırır. Ön və dal tayların arasında bəzən əlavə kiçik taylara da təsadüf olunur.
Aortal qapaq stenozu
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Aortal qapaq çatışmazlığı
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru. Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər. == Etiologiya == Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər: infeksion endokardit aortal disseksiya. Xroniki AÇ-ğın səbəbləri bunlardır: ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri. membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması revmatik qızdırma infeksion endokardit miksomatoz degenerasiya aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri qalxan aortanın anomaliyaları uzunsürən tənzimlənməyən qan təzyiqi Marfan sindromu idiopatik aortal genişlənmə sistik media nekrozu aortanın qocalıq ektaziyası, genişlənməsi sifilitik aortit revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit başqa spondiloartritlər Whipple xəstəliyi. == Əlamətləri == Aortal çatışmazlıq iki cür olur: kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir. xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.
Mitral qapaq çatışmazlığı
Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur. Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər. Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər: revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir. nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər. infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.
Elşən Qapaqov
Elşən Rafiq oğlu Qapaqov (Qazax rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, "Zəfər" ordeni laureatı. == Həyatı == Elşən Qapaqov Qazax rayonunda anadan olub. == Hərbi xidməti == 1990-cı ildə Türkiyədə hərbi təhsil alıb və sonra Azərbaycan Silahlı Qüvvələrinin zabiti olub. Azərbaycan Ordusunun polkovniki olan Elşən Qapaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Zəfər" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Qapaqov "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qapaqlı (Armudlu)
Qapaqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Osmanlı dövründə salındığı bilinən kəndin 400 illik bir tarixə sahib olduğu iddialar mövcuddur. İlk məskəni dağların ətəyində olan Qapaqlı kəndi sonralar sahil kəndinə çevrilmişdir. Kənd 1890-cı ildən eyni addadır.

Значение слова в других словарях