QARINAYAQLI

прил. зоол. брюхоногий. Qarınayaqlı ilbizlər брюхоногие моллюски
QARINALTI
QARINAYAQLILAR
OBASTAN VİKİ
Qarınayaqlılar
İlbizlər (lat. Gastropoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. Növlərin böyük əksəriyyəti dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yayılmışdır. Az bir qisim növlər isə parazit həyat tərzi keçirməyə uyğunlaşmışlar. Bədən ölçüləri müxtəlif olub, 2–3 mm-dən bir neçə santimetrə qədərdir. Ən iri formalarından biri önqəlsəməlilər yarımsinfinə aid olan Hemifusus proboscidiferus növüdür ki, çanaq ilə birlikdə ölçüsü 60 sm-dir. Qarınayaqlıların bədəni üç hissədən ibarətdir: baş, gövdə və ayaq Baş gövdədən aydın şəkildə ayrılır və üzərində bir cüt göz vardır. Gövdə əsasən kisə şəklindədir. Ayaq hissə əzələli olub, gövdənin altında yerləşmişdir. Pelagik həyat tərzi keçirən qarınayaqlı molyuskların ayağında üzməyə xidmət edən enli yan çıxıntılar vardır.

Значение слова в других словарях