Qarabucaq (qəsəbə, Kürdəmir)
Qarabucaq — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.
1960-cı illərdə sovxoz fəhlələri üçün salınmışdır. Qəsəbə eyniadli уaşayış məntəqəsinin adi ilə adlandırılmışdır.
Qəsəbə Şirvan düzündə yerləşir.
Qəsəbədə bir kitabxana, bir mədəniyyət evi var.
Qəsəbədə bir 11 illik tam orta məktəb fəaliyyət göstərir.
2019-cu ilin dekabr ayının 21-dən qəsəbəyə təbii qaz verilir. Ərazisi 5000 ha-dan bir qədər çoxdu.