Qarabucaq — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Qarabucaq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Qarabucaq | |
---|---|
40°25′42″ şm. e. 48°03′31″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
1960-cı illərdə sovxoz fəhlələri üçün salınmışdır. Qəsəbə eyniadli уaşayış məntəqəsinin adi ilə adlandırılmışdır.[2]
Qəsəbə Şirvan düzündə yerləşir.
Qəsəbədə bir kitabxana, bir mədəniyyət evi var.
Qəsəbədə bir 11 illik tam orta məktəb fəaliyyət göstərir.
2019-cu ilin dekabr ayının 21-dən qəsəbəyə təbii qaz verilir. Ərazisi 5000 ha-dan bir qədər çoxdu.
Kürdəmir rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |