qaradağlı
qaradalaq
OBASTAN VİKİ
Qaradağlılar
Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar. Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədirlər və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar. Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir. 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir. Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır. == Haqqında == Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır. Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir.
Qaradağlılar (kitab)