Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar.[3] Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədir və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar.[4][5][6] Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir.[7] 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir.[8][9] Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır.[10][11][12]
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
75 000-80 000[1][2] | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dini | |||||||||
Şiə (İslam) | |||||||||
Mənşəyi | |||||||||
Türk | |||||||||
Qohum xalqlar | |||||||||
Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır.[13]
Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir. Onun yazdıqlarına görə, tarixi qaynaqlarda həm də Qaradağ sufiləri adlandırılan tayfa hələ Şeyx Heydərin müridləri arasında özlərinə yer tapmışdılar. Qaradağlı elinin oymaqları Səfəvilər dönəmində ölkənin bir çox ərazisinə yayıldılar.[14] Qaradağlılar 1628-ci ildə də əsas Qızılbaş tayfalarından biri kimi göstərilmişdir.[15] Tarixçi Oqtay Əfəndiyev yazır:
Deməli, İsmayıl Azərbaycan hüdudlarını tərk edərək Kiçik Asiyaya daxil olmazdan əvvəl onun qoşunu tərkibində şamlı, rumlu, ərəşli, zülqədər tayfalarının, həmçinin də Qaradağ, Əhər və Talış sufilərinin adları çəkilir.[16]
Qaradağlıların yaşadığı Qaradağ bölgəsi dağlıqdır. Buranın şimal-şərqi şahsevənlərin köç yerlərindən biridir. Coğrafi vəziyyətin əlverişliliyinə görə köhnə feodal həyat tərzi müəyyən qədər qorunub saxlanmışdır. Hal-hazırda qaradağlılar əsasən oturaq həyat yaşamaqdadırlar və çaylar, dərələr boyunca yerləşib əkinçiliklə məşğul olurlar. Meyvəçilik və ipəkçilik inkşaf etmişdir.[9]
Qaradağlıların yaşam tərzləri Azərbaycan türklərinin bir digər tayfalarından olan şahsevənlərlə çox oxşarlıq təşkil etməkdədir.[9] Qaradağda danışılan Azərbaycan türkcəsi ən saf türkcə hesab edilməkdədir.[17][18] Pəhləvi sülaləsi dövründə onlara məcburi şəkildə fars dili öyrədilmişdir.[19]
Исторически сложились этнографические группы А., отличавшиеся некоторыми особенностями в хозяйстве, культуре и быту: айрумы, карапапахи, падары, шахсевены, карадагцы, афшары и др. ... Карадагцы расселены по горному плато Карадаг, на С.-3. Ирана. Ведут полукочевой образ жизни, занимаются главным образом скотоводством. По культуре близки соседним шахсевенам.