qaragözlülər

qaragözlülər
qaragözlük etmək 2021
qaragözlülük
OBASTAN VİKİ
Qaragözlülər
Qaragözlülər — əsasən İranın Həmədan ostanında yaşayan türkdilli tayfa. Azərbaycan türklərinin etnoqrafik qruplarından biridirlər. Danışıqlarında Azərbaycan türkcəsinin cənub dialektlərindən istifadə edirlər. Qaragözlülər İranın Həmədan vilayətində yaşayırlar, hətta Azərbaycan Respublikasının Zəngilan və Şabran rayonlarında da Qaragözlü adlanan kəndlər vardır. Onlardan bir hissə İranın Fars əyalətində Qaşqaylar arasında yaşamaqdadır. Qaragözlülər aşıqlı, hacılı, xudabəndli və özbəkli tirələrinə bölünməkdədir. XIX əsrin birinci yarısında Qaragözlülərin sayı təxminən 12 min nəfər təşkil etməkdə idi. 1840-1841-ci illərdə Həmədanda bu tayfadan olan 15 min insan yaşamaqda idi. Onların sayı sürətlə artaraq 1888-ci ildə 60 min nəfərə çatdı. Onlar əsasən Əcəm İraqında, Qəzvində və Həmədanda yaşamaqda idilər.