Qarameşə
Qarameşə — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 44 təsərrüfatda hər iki cinsdən toplam 91 nəfər əhali yaşayır. Əhali milliyətcə İngiloylardır.
Qarameşə oyk, sadə. Qax r-nunun Qaxin- giloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qaxingiloy kəndindən çıxmış bir qrup ailənin Qarameşə adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Bu oykonim “sıx, gün az düşən meşə” mənasını bildirir.