Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qaraqulaq
Qaraqulaq (lat. Caracal) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Qaratoyuq
Qaratoyuq (lat. Turdus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinə aid heyvan cinsi.
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Kürən qaratoyuq
Kürən qaratoyuq (lat. Turdus naumanni) — qaratoyuq cinsinə aid quş növü. == Təsviri == Kürən qaratoyuq uzunluğu 23 sm-ə çatan və bir-birindən dəqiq fərqlənən iki yarımnövə malikdir: T. n. naumanni и T. n. eunomus. === T. n. naumanni === Bədəbinin yuxarı hissəsi qonur rəngdədir. Sinəsi və böyür tərəfləri qırmızı-qonur rəngli xalları olan ağ rəngdədir. Quyruğu qırmızı-qonur rəngdədir. Yarımnöv Mərkəzi və Şərqi Sibirin cənub hissələrində yuvalayır.
Münəvvər Qarabulud
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. Münəvvər Qarabulud, İstanbulda 7 mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi. Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. 3 mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi.
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Qara qaratoyuq
Qara qaratoyuq (lat. Turdus merula) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid quş növü.
Qarabel qaratoyuq
Qarabel qaratoyuq (lat. Zoothera schistacea) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Qarabulaq (Abaran)
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. 1590-cı ildən mə'lumdur Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Yuxarı Qapılı olmuşdur.Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur. 1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır.XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindənbiridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти.
Qarabulaq (Ağbaba)
Qarabulaq — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Arpagölün qərbində, rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşirdi. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd 1728-ci ildən mə'lumdur . 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Digər adı Ağbaba 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində adı çəkilir Toponim «keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını verən qara sözü ilə bulaq hidroterminindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şaqik qoyulmuşdur. Kənddə 1886-cı ildə 185 nəfər, 1905-ci ildə 295 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 382 nəfər azərbaycanlı yaşamışdır.
Qarabulaq (Ağin)
Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd. Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni, rus mənbələrində kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir. Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.
Qarabulaq (Bicar)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Qarabulaq (Bostanabad)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (38 ailə).
Qarabulaq (Culfa)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (125 ailə).
Qarabulaq (Germi)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (22 ailə).
Qarabulaq (Göygöl)
Qarabulaq (əvvəlki adı: Martunaşen) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Martunaşen kəndi Qarabulaq kəndi adlandırılmışdır. Oykonim "gur sulu bulaq" mənasındadır. XIX əsrdə kənd ərazisində ermənilər məskunlaşdırılmışdır. Buna baxmayaraq Rusiyanın Qafqaz canişinliyi tərəfindən Tiflisdə çap olunmuş (1918–1920) xəritədə kəndin adı Qarabulaq olaraq göstərilir. XX əsrin 50-ci illərində kəndin adı dəyişdirilib erməniləşdirilmiş, inqilabçı A. F. Myasnikovun gizli təxəllüsü (Martini) ilə əlaqədar olaraq Martunaşen adlandırılmışdır. 29 dekabr 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Kənd dağətəyi ərazidə yerləşir və ərazisindən eyniadlı çay axır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 246 nəfər yaşayır.
Qarabulaq (Gədəbəy)
Qarabulaq — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmətkənd inzibati ərazi vahidində kənd. Kənd 1926-cı ildə Qarabulaq (indiki Rüstəm Əliyev) kəndindən köçüb gəlmiş ailələr tərəfindən salınmış və Q.Musabəyovun adı ilə adlanmışdı. 1953-cü ildən indiki adı daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarabulaq (Həştrud)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (78 ailə).
Qarabulaq (Kövsər)
Qarabulaq (fars. قرخ بلاغ‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (14 ailə).
Qarabulaq (Miyanə)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 280 nəfər yaşayır (66 ailə).
Qarabulaq (Mərənd)
Qarabulaq (fars. ساري تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 124 nəfər yaşayır (29 ailə).
Qarabulaq (Oğuz)
Qarabulaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi vahidində kənd. Kəndin ərazisi qədim yaşayış yeridir və keçmiş adı Xoşkaşen olmuşdur. Xoşken (Koçken, Koşken, Xoşken) V əsrdə Alban xristian ruhanisinin adı olub, türkcə "qartal" sözündəndir. "Şen" isə "oba, yer, kənd" anlamındadır. "Xoşkaşen" — "Xoşkenin" (qartal kimi igidin) kəndi, obası, yeri" deməkdir. Kəndin indiki adı isə XIX əsrdə Şəki rayonunun Oxud kəndindən çıxmış ailələrin Filfilli kəndi yaxınlığında Qarabulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Keçmiş adı Molla Qarabulaq olmuşdur. Kəndin əsasını bir nəfər molla qoyduğuna görə Molla Qarabulaq adlanmış, sonralar molla sözü düşmüşdür. Sonralar əhali Filfilli kəndinin şimalındakı eyni adlı kənddən köçüb indiki kəndin ərazisində məskunlaşmış, həmin adı da özləri ilə buraya gətirmişlər. "Qarabulaq" sözünün mənası "daim çağlayan, güclü, bol sulu bulaq" kimi yazmaq daha düzgündür.
Qarabulaq (Qax)
Qarabulaq — Azərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qax rayonunun Sarıbaş kənd inzibati ərazi vahidi tərkibindəki Qarabulaq kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qaratoyuq nəğməsi