QARAQINIQ

сущ. бот. душица (травянистое растение с мелкими душистыми цветками; используется в парфюмерии и медицине)
QARAQILÇIQ
QARAQIŞQIRIQ
OBASTAN VİKİ
Qaraqınıq
Qaraqınıq (lat. Origanum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.
Adi qaraqınıq
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.

Значение слова в других словарях