qarayazı

qarayazı
qarayaz
qarayazılıq
OBASTAN VİKİ
Qarayazı
Qarayazı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Qarayazı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarayazı (Gürcüstan) — Gürcüstanın Qardabani rayonunun keçmiş adı. Qarayazı (Meşə) — Azərbaycan və Gürcüstanda yerləşən meşə zolağının adı Karayazı (Türkiyə) — Türkiyədə yer adı. Qarayazılı — Soyad və ya ləqəb.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Qaracalar (Qarayazı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaratəpə (Qarayazı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qarayazı (Ağstafa)
Qarayazı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Kəndin ərazisi əsasən meşəliklə örtülüb. Kəndin ərazisində Qarayazı dövlət təbiət qoruğu yerləşir.
Qarayazı (Göyçay)
Qarayazı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Digər keçmiş adı Qurdkəndi olmuşdur. Türkdilli qurd tayfasının adındandır. Kənd bu tayfaya mənsub ailələrin Qarayazı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2282 nəfər əhali yaşayır. Kəndin ərazisindən Qazıməmməd-Qazax magistral qaz kəməri keçir. Kənddə Qarayazı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarayazı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarayazı düzü
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz. Qarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri Sahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur. Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər. Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir.
Qarayazı xalçaları
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Qarayazı xalçası
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Təzəkənd (Qarayazı)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.856 nəfər (880 nəfəri kişilər, 976 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.Əhalinin əksəriyyəti əslən Ağtəhləlidirlər, onlar SSSR dövründə bu ərazilərə köçərək burada Təzəkənd kəndinin əsasını qoymuşdurlar.
Vaxtanqisi (Qarayazı)
Vaxtanqisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17 – 24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 2.592 nəfər (1.286 nəfəri kişilər, 1.306 nəfəri qadınlar) əhalinin 90 %-i etnik azərbaycanlılardan ibarətdir.
Kəpənəkçi (Qarayazı)
Kəpənəkçi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Kənd Qardabani rayon mərkəzindən 6 km, Rustavi şəhərindən 7 km, paytaxt Tbilisidən 30 km məsafədə yerləşir. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluq, maldarlıq, tərəvəzçiliklə məşğuldur.
Qarayazı bələdiyyəsi (Borçalı)
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.
Qarayazı Dövlət Təbiət Qoruğu
Qarayazı Dövlət Təbiət Qoruğu — Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4,86 min ha, o cümlədən meşəlik sahəsi 3,48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır, lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.