Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarayaz
Qarayaz (az-əbcəd. قارایاز‎) — Azərbaycan təqvim inanclarında yazın ilk qırx gününü əhatə edən dövr. Yaz girdikdən sonra keçən 40 gün, yəni aprel ayının sonlarına kimi olan dövr Azərbaycan təqvim inanclarında "Qarayaz" adlandırılır. Qarayaz Boz aydan sonra gəlir və Tərçıx dövrünün başlaması ilə bitir. Qarayaz zamanı o biri ildən qalmış ərzaqlar bitir və əkin işlərinə çətin başlanılır. Qarayazın əvvəli maldarlar üçün diqqət tələb edən dövrdür. Belə bir el məsəli var: "taxçada saxla, boxçada saxla, qarayaza bir pencə saxla". Havanın dəyişkən keçməsi, günəşsiz günlərin çoxluğu, boran, tutqun hava, isti yel bu dövrün çətinliklərinə daxildir. Kəndlilər, xüsüsilə yarımköçəri maldarlıqla məşğul olan əhali üçün bu dövr asan keçmir. "Novruz günü yaz olar, 40 kötük də az olar", "Bayramdan sonra 40 kötük yanar" məsəllərinin bu dövrlə əlaqədar deyildiyi fikirləşilir.
Qarayazı
Qarayazı (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Qarayazı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Qarayazı (Gürcüstan) — Gürcüstanın Qardabani rayonunun keçmiş adı. Qarayazı (Meşə) — Azərbaycan və Gürcüstanda yerləşən meşə zolağının adı Karayazı (Türkiyə) — Türkiyədə yer adı. Qarayazılı — Soyad və ya ləqəb.
Birlik (Qarayazı)
Birlik — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.655 nəfər (793 nəfəri kişilər, 862 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.
Qaracalar (Qarayazı)
Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd. Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir. 2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır. Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
Qaratəpə (Qarayazı)
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Qarayazı (Ağstafa)
Qarayazı — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Kəndin ərazisi əsasən meşəliklə örtülüb. Kəndin ərazisində Qarayazı dövlət təbiət qoruğu yerləşir.
Qarayazı (Göyçay)
Qarayazı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Digər keçmiş adı Qurdkəndi olmuşdur. Türkdilli qurd tayfasının adındandır. Kənd bu tayfaya mənsub ailələrin Qarayazı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2282 nəfər əhali yaşayır. Kəndin ərazisindən Qazıməmməd-Qazax magistral qaz kəməri keçir. Kənddə Qarayazı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarayazı bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarayazı düzü
Qarayazı düzü və ya Qarayazı çölü — Azərbaycanın Qazax rayonu Qazangöl düzü ilə ərazisində Kür çayı arasında yerləşən düz. Qarayazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "qara" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Ağcayazı və digərləri Sahəsi 421 km² olub, qərbdə Gürcüstan Respublikası ərazisinədək davam edir. Qarayazı düzü qərbdə enli (12–16 km) olub, şərq istiqamətində tədricən daralaraq (1–2 km) paz şəklində Kür çayı ilə Ortaqaş-Quyruqençi tirəsi arasına daxil olur. Şimal-şərq maili hissədə yarğan və qobulara rast gəlmək olur. Buradakı yeraltı sular çox dərində deyildir. Onlar qarasu bulaqları şəklində üzə çıxır. Bu sular yüksək debitli olub, təsərrüfatın müəyyən sahələrində (əkinçilikdə, maldarlıqda) istifadə oluna bilər. Əsasən şabalıdı torpaqlar üzərində inkişaf etmiş quru çöl bitkiləri (taxıl, müxtəlif ot və yovşan quruplaşması) hakimdir.
Qarayazı xalçaları
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Qarayazı xalçası
Qarayazı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Qazax qrupuna daxil olan xovlu xalçalar. Qarayazı xalçalarının adı Qazax rayonundan 10 km şimalda yerləşən Qarayazı kəndinin adı ilə bağlıdır. Lakin bu xalçaların adı təkcə bu kəndin adı ilə deyil, Kür çayının sol sahili boyunca geniş bir ərazini əhatə edən bu ərazi indiki Gürcüstan Respublikasının ərazisində yerləşən Aşağı Kartli düzünün ərazisi ilə birləşən böyük bir ərazini əhatə edir. Əhalisi əsasən etnik azərbaycanlılardan ibarət olan bu ərazidə yaşayan əhali vaxtilə Borçalıya köçmüş Kosalar, Təzəkənd, Nəzrəli, Kəpənəkçi və Cavdar kəndləri Qarayazı xalçalarının istehsal olunduğu əsas xalçaçılıq məntəqələri olmuşdur. Bu yerlərdə istehsal olunan xalçalar Kür qırağında yerləşən xalçaçılıq məntəqələri kimi bütövlükdə "Dəmirçi Həsən" adı ilə tanınır. "Qarayazı" adı ilə məşhur olan bu xalçalar, Qazax xalçaçıları arasında "Quşlu xalçası" kimi tanınır. "Qarayazı xalçaları" quruluşuna və ornament formalarına görə "Muğan xalçası"na oxşardır. Yerliyi qara rəngli olan bu xalçaların ara sahəsinin aşağı hissəsindəki uzunsov kətəbə, xalçanın mərkəzində isə ağ yerlikli göl və quş təsvirləri bu xalçanın əsas elementləridir. Həmçinin simmetriya qanunları əsasında göl və kətəbələrin yanlarına cüt-cüt yerləşdirilmiş kiçik naxışlar bu xalçanın əsas elementləridir. "Qarayazı xalçaları" əsasən iki ölçüdə: kiçik və böyük ölçülərdə toxunur.
Təzəkənd (Qarayazı)
Təzəkənd — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.856 nəfər (880 nəfəri kişilər, 976 nəfəri qadınlar) əhalinin 98 %-i etnik azərbaycanlılardan ibarətdir.Əhalinin əksəriyyəti əslən Ağtəhləlidirlər, onlar SSSR dövründə bu ərazilərə köçərək burada Təzəkənd kəndinin əsasını qoymuşdurlar.
Vaxtanqisi (Qarayazı)
Vaxtanqisi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. 17 – 24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 2.592 nəfər (1.286 nəfəri kişilər, 1.306 nəfəri qadınlar) əhalinin 90 %-i etnik azərbaycanlılardan ibarətdir.
Kəpənəkçi (Qarayazı)
Kəpənəkçi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == Kənd Qardabani rayon mərkəzindən 6 km, Rustavi şəhərindən 7 km, paytaxt Tbilisidən 30 km məsafədə yerləşir. == İqtisadiyyatı == Əhali əsasən qoyunçuluq, maldarlıq, tərəvəzçiliklə məşğuldur.
Qarayazı bələdiyyəsi (Borçalı)
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.
Qarayazı Dövlət Təbiət Qoruğu
Qarayazı Dövlət Təbiət Qoruğu — Azərbaycanın şimal-qərbində, Ağstafa rayonunda, Kür çayının sol sahilində yerləşən qoruq. Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci il mart ayının 2-də təşkil olunmuşdur. Ümumi sahəsi 4,86 min ha, o cümlədən meşəlik sahəsi 3,48 ha-dır. Qoruğun sahəsini əsasən Tuqay meşələri, keçmiş əkin, örüş yerləri və boş sahələr təşkil edir. Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılmışdır, lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi və 4855 hektar ərazisi qaldı. 2003-cü ildə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırıldı. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Qoruqda məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur. Azərbaycanın düzən meşələrinin xeyli hissəsi Kür çayı boyunca yerləşmişdir. Bu meşələr uzun müddət ciddi mühafizə edilməmiş, qırılma, otarılma və Kürün hidroloji rejiminin dəyişməsilə əlaqədar olaraq sahəsi azalmış, seyrəlmiş, ağacların cins tərkibi xeyli dəyişilmişdir.
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı
Qarayazı-Ağstafa Dövlət Təbiət Yasaqlığı — 1964-cü ilin fevralında indiki Ağstafa rayonunun Qarayazı meşələri sahəsində yaradılmış yasaqlıq. Ərazisi 11970 hektardır. Yasaqlığın təbii landşaft sahələri əsasən tuqay, palıd, cavan qarışıq meşə və kolluqlardan, kollu və ot bitkisi olan açıqlıqlardan, otlaqlardan, əkindən, qamışlı cəngəlliklərdən, çınqıllıqlardan, su sahəsindən ibarətdir. Yasaqlığın ərazisi insanın təsərrüfat fəaliyyətinin intensiv təsirinə məruz qalsa da, heyvan və quşlarla zəngindir. Burada maral, çöl donuzu, qunduz, canavar, dovşan, meşə pişiyi, tülkü, porsuq kimi məməlilər, qırqovul, qaratoyuq, alabaxta, su fərəsi, ördək, qaşqaldaq, göyərçin, hop-hop, ağacdələn, bildirçin quş növləri vardır.
Qaranaz
Qaranaz (İraq) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Qarayağ
Qarayağ — oduncağın quru çəkmə nəticəsində içindən çıxan qara bir mayedir.
Adi qaranaz
Adi qaranaz (lat. Plegadis falcinellus) — İbislər ailəsindən olan geniş areala yayılmış quş. Ciconiformes (Leyləkkimilər, Hero) dəstəsinin threskiornitidae (İbislər, Ibises) fəsiləsindən olan adi qaranaz yoxa çıxmaqda olan quşlardan. Rəngi metal kimi parlaq tünd-qəhvəyidir. Dimdiyi aşağıya tərəf qövs kimi əyridir. Başı, boynu və qarın tərəfi qırmızımtıl–qəhvəyi, qanadları və quyruğu göy–yaşıl metal rəngli qaradır. Bel və quyruqüstü lələklərin yaşıl–bənövşəyi çaları vardır. == Yayılması == Bütün qitələrdə yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində məskunlaşır. == Yaşayış yeri və həyat tərzi == Su hövzələrindəki qarğı və qamışlıqlar, sahillərdəki açıq bataqlıqlar yaşayış yerləridir.
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Aşağı Qaranaz (Marağa)
Aşağı Qaranaz (fars. قره نازسفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (23 ailə).
Təzəkənd Qaranaz (Marağa)
Təzəkənd Qaranaz (fars. تازه كندقره ناز‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (43 ailə).
Yuxarı Qaranaz (Marağa)
Yuxarı Qaranaz (fars. قره نازعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (31 ailə).
Qarabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qaradam
Qaradam — dam örtüyünün formasına görə piramidal-pilləli dam örtüklü ev. Süni mağaraların və qazmaların inkişaf etmiş forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir, xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı, konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli evlərin bariz nümunəsidir. XVIII-XIX və XX əsrin əvvəllərində qaradam tipli yaşayış evləri yayılma arealına görə Kiçik Qafqaz dağlıq və dağətəyi ərazisini, qismən Dağlıq Qarabağ və Naxçıvan bölgələrinin əhatə etmişdir. Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi. Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də mövcud olmuşdur. Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. X əsrin sonlarında ərəb coğrafiyaşünası əl-Məqdisi belə evlərin Ərdəbil mahalında da mövcud olduğunu qeyd edir. XVII əsrdə Naxçıvan vilayətinin Culfa şəhərində olmuş məşhur səyahətçi J. Şarden buranın yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və mağaralardan ibarət olduğunu göstərmişdir.
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (qəsəbə) — Azərbaycan Respublikasının Bakı şəhərinin tabeliyində olan Qaradağ rayonunda qəsəbə. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaragav
Qaragav — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Qaraqan
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Qaraqar
Qaraqaş
Qaraqaş (lat. Acanthalburnus) — Çəkikimilər fəsiləsinin nümayəndəsidir. Bədəni çox hündür və yanlardan basıqdır. Ağzın ucu gözün üst kənarına yaxın səviyyədə yerləşir. Yan xətt azca aşağıya doğru əyilmişdir. Pulcuqları çox xırdadır. Yan xətt pulcuqlarının sayı 66-85-dir.Xarici görünüşcə qıjovçulara oxşayır, lakin ondan bel üzgəcinin axırıncı şaxəsiz şüasının yoğun olması ilə fərqlənir. Anal üzgəcinin əsası uzunsovdur. Böyüklərinin ortası boyunca bir neçə enli zolaq vardır. Cinsin Zaqafqaziya faunası üçün endemik olan təkcə bir növü vardır.
Qaraxaç
Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur. Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qarayev
Qarayev — soyad.
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraçay
Qaraçay (Zaqatala) — Zaqatala rayonunda çay. Qaraçay (çay, Quba) — Quba və Xaçmaz rayonlarında çay. Qara çay (İran) — İranda çay. Qaraçay — Dəvəçi rayonunda çay. Ataçayın sol qoludur Qaraçay — Goranboy rayonu ərazisində çay. Qaraçay — Qax rayonu ərazisində çay. Qaraçay — Qəbələ rayonu ərazisində çay. Qaraçay (qəsəbə, Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qaraçay-Çərkəz Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, inzibati baxımdan Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qara çay — xüsusi çay növü olub, Oolonq, yaşıl və ağ çaylardan daha çox oksidləşmiş.
Qarağac
Qarağac (lat. Ulmus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinə aid bitki cinsi.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qarağat
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Qaratay
Qaratay — Tatarıstandakı moşkan etnik qrupudur. Dili — tatar dilidir. Qarataylar Kam-Ustin rayonun Mordov Qaratay, Zaovraj Qaratay və Şerşalan kəndlərində məskunlaşmışlar. Əhalinin sayı təxminən 100 min nəfərdir. Qaratay-Savinovka və ya Barsko və Zaovral-Qaratay kəndində ruslar, Şoşme çayı yaxınlığında yerləşən Qaratay kəndində isə tatarlar məskunlaşmışlar. Belə görünür ki, qədim kəndlərin qaratay adlandırılması "Qaratay" hidronimindən irəli gəlir. O zaman qarataylar moldov qəbiləsi deyil, lokal moşkan etnik qrupundandır və tatarların güclü təsiri altında qalıblar. Onlar tatar dilini, tatar adət-ənənələrinə riayət etsələr də, özlərinin yəni moşkanların adət-ənənələrini də unutmayıblar. Tatarlar onları moşkan və ya mişka və muşkı adlandırıllar. Onlar özlərini də moşkan adlandırıllar və həmçinin XVII əsrdən onlarda iki dillilik qalıbdır.
Garabağ
Qarabağ — Azərbaycanın tarixi-etnoqrafik vilayəti. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı,hündür,sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.