QARAÇUXA

(Ağcabədi, Bərdə, Borçalı, Kürdəmir, Cəbrayıl, Salyan, Yardımlı, Tərtər)
bəxt, tale
◊ Qaraçuxası yatmax – bəxti gətirməmək. Qaraçuxası oyanmax – bəxti gətirmək. – Abbasəlinin qaraçuxası oyanıf (Tərtər); – Adamın qaraçuxası yatanda işi düz gətirmir (Ucar)
QARAÇÖRƏK
QARADABAN
OBASTAN VİKİ
Qaraçuxa
Qaraçuxa — insanların bəxt hamisidir. İnsanın maddi durumu, onun işlərinin yaxşı gedib-getməməsi Qaraçuxanın fəaliyyəti ilə əlaqələndirilir. İnanca görə, Qaraçuxası oyaq olan insanın işləri yaxşı gedir. İşləri yavər gedən insan haqqında “qaraçuxan oyaqdır” deyilməsi də həmin təsəvvürdən irəli gəlir. Qaraçuxanın oyaq olması üçün gərək onun adı çəkilə, o yad edilə. Ona görə Azərbaycanın bir çox bölgələrində Qaraçuxaya Yasin oxutdurulur, yemək bişirilərkən Qaraçuxanın adına yeməyin içinə duz atılır. Qaraçuxanın adına bişirilmiş xörəkdən qapıya gələn fağır-füqəraya və ya kasıb ailələrə pay verilir. Bundan əlavə, Qaraçuxanı adı çəkilərkən salavat çevirməmək günah sayılır. Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur.
Qaraçuxa (Bicar)
Qaraçuxa (fars. گراچقا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.

Значение слова в других словарях