Adi qarquşu
Adi qarquşu (lat. Pyrrhula pyrrhula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin vüroklar fəsiləsinin qarquşu cinsinə aid heyvan növü.
== Taksonomiya ==
Avrasiya qarquşunu, 1758-ci ildə Karl Linney, özünün "Təbiət sistemi"nin 10-cu nəşrində, Loxia pyrrhula binominal adı altında vermişdir. Latın dilində olan pyrrhula sözünü ilk dəfə Aristotel yunan πυρρός (alov rəngli quş, πυρρός alov rəngli, πuyr yanğın: Pyrrha), "qurd yeyən quş" kimi işlətmişdir. Bu növlərin latın adı ilk dəfə 1555-ci ildə "Historiae animalium"da İsveçrə naturalisti Konrad Gesner tərəfindən istifadə edilmişdir.
Qarquşunun ən yaxın qohumları Pinicola cinsinə daxildir.
== Yarımnövləri ==
Qarquşunun aşağıdakı subnövləri vardır:
P. p. pileata W. MacGillivray, 1837 – Britaniya adaları
P. p. europaea Vieillot, 1816 – Qərbi və Mərkəzi Avropa
P. p. iberiae Voous, 1951 – cənub-qərbi Fransa dağları, şimali Portuqaliya və şimali İspaniya
P. p.