qastroenterologiya

is. gastro-entérologie f

qastroenterit
qastroenteroloq
OBASTAN VİKİ
Qastroenterologiya
Qastroenterologiya – tibbin həzm sisteminin quruluşunu və funksiyalarını, həmçinin xəstəliklərini və onların müalicə və profilaktikasını öyrənən bölməsidir. Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir. Həzm sisteminin müxtəlif şöbələrinin xəstəliklərini, müalicə və profilaktikasını əhatə edir. Bu sistemə qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, həmçinin hepatologiya bölməsində birləşdirilən – qaraciyər, öd kisə və ödçıxarıcı yollar, mədəaltı vəzi daxildir. Həzm sisteminin müxtəlif orqanlarının xərçənginin, öd kisə və ödçıxarıcı yollarda daş və şişlərin, bağırsağın qurd xəstəliklərinin, qaraciyərin infeksion xəstəliklərinin aşkarlanması və pasiyentin lazımi mütəxəssisə yönləndirilməsi istiqamətində də diaqnostik əhəmiyyət daşıyır. axalaziya, reflüks və ya başqa səbəbdən yaranan ezofagit, Barret qida borusu, diaqfraqmanın qida borusu dəliyinin yırtığı. qastrit, xora xəstəliyi, müxtəlif dispepsiya halları (ürəkbulanma, qıcqırma və gəyirmə kimi əlamətlərlə gediş alan xəstəliklər), mədə sallanması, motorika pozuntuları. Mədənin isti xəstələlikləri susuzluq və soyuq içkilər içdikdə yüngüllük yaranması ilə xarakterizə olunur. Mədədə ağırlıq hissi yarandıqda əvvəlcə iskəncəbi ilə isti su içib qusmaq lazımdır. Sonra heyva iskəncəbini vermək.

Значение слова в других словарях