qatıq-südlü
qatıqaşı
OBASTAN VİKİ
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatıq muzeyi
Qatıq muzeyi (bolq. Музей на киселото мляко) – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey. Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir. == Haqqında == Muzey 29 iyun 2007-ci ildə açılıb. Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var. Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir. Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər. Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur. Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var. Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.