QAZLAR

maddənin aqreqat hallarından biri. Qaz molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətən çox zəifdir. Buna görə də Q.-ın xüsusi forması olmur və molekulların daim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcmini doldurur. Q. aşağıdakılara bölünür: – İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radon qazlarının ümumiləşdirilmiş adı. – İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələ gələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır. – Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Bura karbon-2-oksid, hidrogen-sulorid, kükürd-oksid və b. Daxildir. Bu qazlar turş xarakterlidir. – Neft Q.ı. – neftlə birlikdə olan qazşəkilli karbohidrogenlər, həmçinin neft emalı zamanı əmələ gəlir. – Təbii Q. – Dağ süxurlarının məsamə və boşluqlarını dolduran və karbohidrogenlərdən ibarət olan Q. – Gözyaşardıcı Q. – maddələrin gözyaşardıcı effkt yaradan kimyəvi birləşmələri və qazşəkilli qarışıqları. – Texniki Q. – müasir texnikanın geniş istifadə etdiyi Q. və onların məhsulları və ya tullantıları. Q. xalq təsərrüfatının müxtəlif sahələrində (ammonyak-soyudu-cularda; azot və təsirsiz Q. – lampalarda; xlor, azot, təbii Q.-kimya sənayesində və s.) tətbiq olunur.
QARÖLÇƏN
QAZTƏMİZLƏMƏ